Icma.az
close
up
RU
Şahzadə Keyt Analar Günü paylaşımı: Son şəkli saxta çıxıb

Şahzadə Keyt Analar Günü paylaşımı: Son şəkli saxta çıxıb

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Uels şahzadəsi Keyt Middleton Analar Günü yazısı ilə gündəmə gəldi. Şahzadənin keçən il paylaşdığı şəklin üzərində əl gəzdirildiyi  məlum olub.

Sherg.az xəbər verir ki, haqqında hər zaman fərziyyələrlə gündəmdə olan şahzadə Keyt Middlton xərçəngə qalib gəlib. Sentyabrın 9-da müalicəsinin bitdiyini açıqlayan Şahzadə kral tədbirlərində görünməyə davam edir.

43 yaşlı şahzadə Keyt İngiltərədə bu il martın 30-da qeyd olunan Analar Günü üçün xüsusi paylaşım edib.

Üç uşaq anası Şahzadə rəsmi İnstaqram hesabında "Təbiət ötən il bizim sığınacaqımız olub. Bu Analar Günündə gəlin Yer Ananı qeyd edək və təbii dünya ilə əlaqəmizin təkcə mənliyimizi inkişaf etdirməyə kömək edə bilməyəcəyini, həm də həyatda oynadığımız rolu bizə xatırladaq" sözlərini paylaşıb. 

 Keçən il Analar Günündə edilən paylaşım uzun müddət idi ki, gündəmdən düşmürdü. Mübahisəli foto Kensinqton sarayının sosial media hesabında paylaşılıb. Fotoda Uels şahzadəsi üç övladı ilə birlikdədir. Fotonu şahzadə Uilyam çəkib.

Sosial şəbəkələrdə fotonun saxta olduğu iddiaları yayılıb.

Bir neçə saat sonra fotonu abunəçiləri ilə paylaşan beynəlxalq xəbər agentlikləri redaksiya səbəbləri ilə şəkli geri götürdüklərini elan etməyə başlayıblar. Agentliklər fotoşəkilin mənbəyi olan Kensington Sarayının görüntü ilə manipulyasiya etdiyini bildirib. Agentliklər abunəçilərinə təsvirdən istifadə etməməyi, istifadə edilibsə, silməyi tövsiyə edib.

 Şahzadə Uilyam ilə paylaşdığı X hesabında açıqlama verən Uels Şahzadəsi bunları qeyd edib: "Bir çox həvəskar fotoqraf kimi mən də ara-sıra redaktə etməyə çalışıram. Dünən paylaşdığımız ailə şəklinin yaratdığı çaşqınlığa görə üzr istəyirəm. Ümid edirəm ki, hər kəs Analar Günü maraqlı keçib".


Tam adı Ketrin Elizabet Middltondur, 9 yanvar 1982-ci ildə anadan olub. Qeyri-zadəgan ailəsindən olan Keyt Middlton Sent-Endryus Universitetində oxuyarkən tanış olduğu Şahzadə Uilyam ilə uzun müddət eşq münasibəti yaşayıb. Cütlük 2011-ci ildə evlənib. Şahzadə Uilyam və şahzadə Keytin Corc, Çaryotta və Lui adlı üç övladı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Mart 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri