Icma.az
close
up
RU
Sakinin icra başçısı tərəfindən təhdidlərə məruz qalması haqda iddialarına Cavab

Sakinin icra başçısı tərəfindən təhdidlərə məruz qalması haqda iddialarına Cavab

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Sabirabad RİH Şəhriyar kənd sakini Əhədov Abuzər Fərrux oğlunun icra başçısı tərəfindən ölümlə hədələnməsi ilə bağlı iddialarına cavab verib.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada deyilir:

“Bununla bağlı bildiririk ki, A.Əhədov dəfələrlə RİH başçısı tərəfindən qəbul edilib, onun çoxsaylı sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülüb.

Belə ki, A.Əhədov pensiya almasına baxmayaraq hər ay RİH başçısının maaşından ona 300 manat pul verilir.

RİH-nin təşəbbüsü ilə oğlanları Şəhriyar və Bəxtiyar Əhədovlar DOST İş Mərkəzi MMC-də haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, qızı Fatimeyi-Zəhra Əhədova isə Şəhriyar kənd tam orta ümumtəhsil məktəbində münasib işlə təmin edilib.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi A.Əhədovun Sabirabad RİH başçısı barədə müraciətlərində qeyd etdiyi bütün faktlar əsassız və şər-böhtan xarakterlidir, vəzifəli şəxsi şantaj etmək yolu ilə şəxsi mənfəət əldə etmək məqsədi daşıyır.

Eyni zamanda A.Əhədov qeyd edir ki, guya ulu öndər Heydər Əliyevin silahdaşı olmuş, hətta 90-cı illərdə 4 dəfə Naxçıvanda səfərdə olub. Məlum edirik ki, A.Əhədov heç vaxt Naxçıvanda olmamış, dövlətimizin quruluşunda iştirak etməmiş və ulu öndərin siyasətinin təbliğatçılarından olmamışdır.

Əksinə 2013-cü ildə Prezident seçkiləri dövründə radikal müxalifətçi olan namizəd Cəmil Həsənlinin fəal təbliğatçılarından olmuş və C.Həsənlinin mərkəzi stadionda keçirdiyi görüşdə iştirak edən bir neçə sabirabadlıdan biri olub. A.Əhədovun C.Həsənli ilə görüşdə iştirakını təsdiq edən fotoşəkil və videomaterial da mövcuddur.

A.Əhədov həmişə qeyd edir ki, dostu, Saatlı rayon sakini, mərhum Ağavəli Həsənovun ölümü həmin dövrlərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Siraqəddin Cabbarov tərəfindən təşkil olunub. Halbuki, A.Həsənov 2015-ci ildə 76 yaşında insultdan ölüb.

Bundan əlavə onun DOST İş Mərkəzində haqqı ödənilən ictimai işlərə cəlb olunmuş işçilərin ödəniş kartlarının rayon İcra hakimiyyətinin başçısı tərəfindən mənimsənilməsi ilə bağlı fikirləri də uydurmadır.

Belə ki, haqqı ödənilən ictimai işlərə cəlb olunmuş işçilərin işə davamiyyəti və ödəniş kartlarının özlərində olması ilə bağlı DOST İş Mərkəzi MMC tərəfindən dəfələrlə monitorinqlər keçirilib və neqativ hallar aşkar olunmayıb.

A.Əhədov həmişə qeyd edir ki, Siraqəddin Cabbarov Saatlı rayonunda dövlət əmlakını talanmış və büdcə vəsaitini mənimsəmişdir. Bunula əlaqədar bildiririk ki, Saatlı RİH-nin maliyyə məsələləri, o cümlədən Prezidentin Ehtiyat Fondundan, həm də dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına görülmüş işlər Azərbaycan Respublikası Hesablama Palatası və Maliyyə Nazirliyi tərəfindən təftiş olunmuş, heç bir maliyyə pozuntusu aşkar edilməmişdir. Eyni zamanda Saatlı RİH-nin 2020-ci ilə qədər maliyyə-təsərrüfat məsələləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlanılmış və ciddi nöqsanlar aşkar olunmamışdır.

Ümumiyyətlə, Abuzər Həsənov 1970-ci illərdən əsassız ərizə-şikayət yazmaqla yanaşı, insanlara qarayaxma, böhtan və şərləmək yolu ilə öz şəxsi məqsədlərinə nail olmaqla məşğuldur və istər yaşadığı kənddə, istərsə də rayonda müsbət xarakterizə olunmur.

O, rayonun rəhbər işçilərindən, idarə müəssisə, təşkilat rəhbərlərindən böhtan, şantaj xarakterli çoxsaylı məktublar yazmaqla onlardan reket yolu ilə pul yığmağa daim cəhd edir.

Hazırda isə A.Əhədov oğlanlarının DOST İş Mərkəzi MMC-də müqavilələrinə xitam verilməsinin qarşısını almaq məqsədilə müxtəlif orqanlara şər-böhtanla dolu müraciətlər edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri