Sakinlərin həyatını alt üst edən hadisə: Körpələrim suyun içində batırlar
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Hökməli qəsəbəsi, Elşən Müslümov küçəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Onlar yaşadıqları küçənin bərbad vəziyyətdə olmasından, eləcə də kanalizasiya sularının evlərə axmasından şikayətlənirlər.
Sakinlərdən birinin sözlərinə görə, problemlə bağlı müraciət etdiyi qurumlar məsuliyyəti üzərindən atır: "Hara müraciət edirəmsə, deyirlər ki, bu ərazi bizim balansımızda deyil. Bələdiyyəyə ərizə yazıb vermişəm, amma baxan yoxdur. Evdə körpələrim var, suyun içində qalırıq".
Sakinlərin həyatını alt-üst edən hadisə: "Körpələrim suyun içində batırlar"
Digər bir vətəndaş isə qəsəbədə vəziyyətin acınacaqlı olduğunu vurğulayıb: "Bu qəsəbədə vəziyyət, həqiqətən də, çox pisdir. Nə yol var, nə də kanalizasiya. Yağış yağanda insanlar əziyyət çəkirlər. Yayda isə üfunətdən tərpənmək olmur".
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, sözügedən ərazidə kanalizasiya şəbəkəsində yaranmış tıxac İdarənin qəza qrupu tərəfindən aradan qaldırılıb. Bildirilib ki, bu kimi halların əsas səbəblərindən biri əhali tərəfindən bərk cisim və məişət tullantılarının kanalizasiya şəbəkəsinə atılmasıdır.
Elşən Müslümov küçəsindəki palçıqlı yollarla bağlı isə Abşeron Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, sözügedən küçəyə bitişik yolların təmiri Hökməli bələdiyyəsinin planına daxil edilib və qısa müddət ərzində yolun asfaltlanmasına başlanılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 12 Fevral 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















