Icma.az
close
up
RU
Şakira etiraf etdi: Həyatımda sevgiyə yer yoxdur

Şakira etiraf etdi: Həyatımda sevgiyə yer yoxdur

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya şöhrətli kolumbiyalı ulduz Şakira, keçmiş futbolçu Jerar Pike ilə səs-küylü ayrılığından sonra ilk dəfə şəxsi həyatı barədə tam səmimi açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, müğənni hazırda həyatında yeni münasibətlər üçün nə vaxtının, nə də emosional enerjisinin qaldığını bildirib.
 

49 yaşlı superulduzun Jerar Pike ilə 11 illik münasibətindən iki oğlu — Saşa və Milan böyüyür. Cütlük 2022-ci ilin iyununda rəsmən ayrıldıqlarını elan etmişdi. Həmin dövrdə media futbolçunun xəyanəti barədə xəbərlərlə çalxalanırdı, Şakira isə öz mahnılarında bu ağrılı ayrılığa tez-tez eyhamlar vururdu.


"The Times" qəzetinə müsahibə verən pop ulduz hazırda diqqətini yalnız övladlarına və karyerasına yönəltdiyini qeyd edib:
"Hazırda roman yaşamaq fikrində deyiləm. Həyatımda buna nə yer, nə də zaman var. Onsuz da öhdəliklərim başımdan aşır. Övladlarım mənim mütləq prioritetimdir. Bir də karyeram. Qəribə də olsa, hazırda işimə həmişəkindən daha çox aşiqəm. Üstəlik, özümlə tək qalmaqdan da zövq alıram".
Xatırladaq ki, Jerar Pike ayrılıqdan qısa müddət sonra Klara Çia ilə münasibətə başlayıb və artıq təxminən üç ildir ki, onunla birlikdədir. Şakira isə musiqiyə, ailəsinə və daxili tarazlığını bərpa etməyə üstünlük verib.
Müğənni müsahibəsində ailəsinin dağılması ilə eyni vaxta təsadüf edən atasının ağır xəstəliyindən də danışıb. Atası Uilyamın yıxılaraq xəstəxanaya yerləşdirilməsi Şakira üçün ikiqat zərbə olub:
"Həmişə qoruyub saxlamaq istədiyim ailəmin dağılmasını izləyirdim. Böyük bir ağrıdan keçməli oldum. Amma bəlkə də məhz bu əzablar məni daha müdrik, ya da ən azı daha güclü etdi. Deyirlər, bizi öldürməyən şey daha güclü edir — bu, tamamilə həqiqətdir. İnsanın dözümlülük potensialını kəşf etməsi heyrətamizdir. Bəzən nə qədər güclü olduğumuzu ancaq çətinliklərdən keçəndə anlayırıq", — deyə sənətçi vurğulayıb.
Şakira əlavə edib ki, yaşadığı bu çətin günlər ona sadiq dostların və yaxınların dəstəyini daha dərindən qiymətləndirməyi öyrədib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 May 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri