Icma.az
close
up
RU
SAKİTLİYİN SƏSİ Və ya Azərbaycan üzərində qlobal güclərin yeni geosiyasi gedişi

SAKİTLİYİN SƏSİ Və ya Azərbaycan üzərində qlobal güclərin yeni geosiyasi gedişi

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aprel və may aylarında dünya miqyasında kiçik, lakin regionun strateji əhəmiyyətli dövləti – Azərbaycan gözlənilməz diplomatik fəallıqla dünyanın diqqət mərkəzinə çevrildi. İran Prezidenti Məsud Pezeşkian Bakıya səfər etdi, ardınca İsrailin Baş naziri Benyamin Netanyahunun və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərləri təsdiqləndi. Bu paralel diplomatik “gediş-gəliş” müxtəlif və hətta bir-birinə düşmən olan ölkələrin liderlərini Bakıya çəkən səbəblər İlham Əliyevin artan regional çəkisini anlamağa ciddi əsas verir. Regionda nə baş verdiyini soruşanlar az deyil. Cavab çoxşaxəlidir, lakin yalnız dərindən maraqlananlar bu dinamikanı tam anlamış olur.

DIPLOMATİYANIN YENİ XƏRİTƏSİ: BAKI

Azərbaycan artıq təkcə enerji ixracatçısı və Qarabağ müharibəsinin qalibi kimi deyil, həm də geosiyasi moderator kimi çıxış etməyə başlayır. İlham Əliyevin Çinə etdiyi səfər və orada Sədr Si Cinpin tərəfindən yüksək səviyyədə qəbul edilməsi bu dinamikanın başlanğıcı idi. Pekində imzalanan iqtisadi və nəqliyyat sahəsindəki razılaşmalar və siyasi görüşlər Azərbaycanın “Orta Dəhliz”dəki rolunu bütün dünyaya göstərməklə mövqelərini möhkəmləndirdi. Lakin bu səfər həm də bir siqnal idi — Azərbaycan artıq yalnız Qərblə və ya Rusiya ilə deyil, Çin kimi qlobal supergüclə də balanslı münasibət qurmağa qadirdir.

İRAN PREZIDENTİNİN SƏFƏRİ: KÖRPÜLƏRİN BƏRPASI, YOXSA SON ŞANS?

Məsud Pezeşkianın son Bakı səfəri iki ölkə arasında bir neçə il davam edən diplomatik gərginlikdən sonra baş verdi. Tehranın narahatlığına səbəb olan faktorlar — Türkiyə-Azərbaycan müttəfiqliyi, İsrailin Azərbaycandakı nüfuzu, Zəngəzur dəhlizinə dair narazılıqlar və sərhəddəki təhlükəsizlik məsələləri idi. Pezeşkianın Bakıya gəlişi Tehran tərəfindən ikitərəfli münasibətləri itirməmək üçün atılmış praqmatik addım kimi oxunur.

2023-cü ildə Azərbaycan səfirliyinə hücum edən şəxsin edam barədə məhkəmə qərarı hər nə qədər münasibətləri yumşaltmağa xidmət etsə də, sərhəddə İran qoşunlarının toplandığı, İRİ-nin hədələyici “nota”ları Şimali Azərbaycanın hələ də yaddaşının üst rəfindədir. Buna baxmayaraq, İran irəli sıçrayan “Azərbaycan “paravozu”nda yer almaq, sürətlə dəyişən regional proseslərin kənarında qalmamaq üçün Bakının təşəbbüslərində yer almağa can atır. Zəngəzur dəhlizi layihəsinin artıq ən azı öz maraqlarına toxunmamasına zəmanət almaq və regional layihələrdə iştirakını təmin etmək bu gün “Əl-Kəhf yuxusundan” ayılmaqda olan İran siyasətinin prioritetləridir. Başlıca prioritet isə İsrailin Azərbaycan ərazisindəki nüfuzunun artmasının qarşısını almaqdır. İstəklər çoxdur – bəs bunun müqabilində İran nə etməyə hazırdır?

İSRAİLİN MARAĞI: ENERJİ, TƏHLÜKƏSİZLİK VƏ İRAN

Düzdür, Azərbaycan-İsrail münasibətləri həmişə İrana qarşı dolaylı balans rolu oynayıb. Netanyahunun Bakıya mümkün səfəri, ilk növbədə İranın son vaxtlar hərbi fəallığı və Azərbaycanın İranla münasibətlərində yaşanan gərginliklər, sonra isə istiləşmə fonunda atılmış strateji bir cavab addımıdır. İsrail üçün Azərbaycan həm enerji tərəfdaşı, həm də təhlükəsizlik əməkdaşlığı baxımından mühümdür. Azərbaycanın İranla sərhədi boyunca yerləşən strateji mövqeyi İsrailin diqqətini daha da artırır.

2016-cı ildə Netanyahunun Bakıya səfəri zamanı İlham Əliyev bildirmişdi ki, iki ölkə arasında 5 milyard dollar dəyərində “müdafiə avadanlığı”nın alınmasına dair müqavilələr imzalanıb. İsrail hərbi topoqrafları regionun elektron, GPS-lə dəqiq idarə olunan xəritəsini yaradıb və bunun vasitəsi ilə artıq bütün hərbi texnikanın taktiki hərəkətləri yüksək səviyyədə dəqiq və mükəmməl olub. Artıq çoxfunksiyalı “Searcher”, “Heron”, “Sky-Striker”, “Hermes” dronları, dənizdə və quruda ağır texnikaya qarşı yüksək qırıcı dəqiqliyə malik “Spaik”, “Lakhat” və “Lora” raket sistemləri, “Atmos”, “Cardon”, “Barak” və digər müasir artilleriya qurğularının hədəfseçmə və onları məhvetmə qabliyyəti ən müasir səviyyədədir. Bundan əlavə, İsrail Azərbaycanın hərbi müdafiə sənayesi ilə birlikdə bir sıra müasir hərbi texnikanın, o cümlədən “Orbiter” dronları, Rusiya istehsalı olan köhnə T-72 tankların yeni qoruyucu vasitələri, həmçinin sürətli və dəqiq hədəf əldə etmək və atəşə nəzarət sistemlərinin istehsalı və təchizatını həyata keçirib. İsrail tərəfindən təqdim olunan texnologiyalar Azərbaycanın hərbi qabiliyyətlərini artırmaqla yanaşı, onun regional çəkisini də böyütdü və ən əsası, torpaqlarını azad etməyə ciddi dəstək oldu.

Bu gün İsrailin idxal etdiyi neftin təxminən yarısının çox sərfəli qiymətlə Azərbaycandan gəldiyi təxmin edilir. Bu yanacaq Bakı-Tbilisi-Ceyhan borusu ilə nəql edilir və münasibətlərin daim isti qalması, borcların tam ödənilməsi və hər iki tərəfin bərabər partnyor kimi qalmasına şəraiti yaradır.

TÜRKİYƏ: ARKADAŞLİQDAN STRATEJİ İTTIFAQA

Ərdoğanın Azərbaycana səfəri təsadüfi deyil. Türkiyə və Azərbaycanın “Bir millət, iki dövlət” konsepsiyası artıq konkret siyasi və iqtisadi platformaya çevrilib. Şuşa Bəyannaməsi və Zəngəzur dəhlizinə dair ortaq maraqlar iki ölkənin əlaqələrini NATO çərçivəsində də koordinasiya etməyə imkan verir.

Ərdoğanın səfəri həm də Qərbə mesajdır: Ankara və Bakı bölgənin təhlükəsizlik arxitekturasında həlledici rola iddialıdır. Bu gün artıq Türkiyə də Azərbaycanı “kiçik arkadaş” yox, eynihüquqlu strateji müttəfiq kimi qəbul edir. Bu sahədə Azərbaycanın regiondakı proseslərdə sərbəst mövqe nümayiş etdirməsi, bir sıra hallarda Ankaranın diplomatik maraqlarını önə çıxarması, enerji daşıcıyalırı sahəsində görünməmiş münasib qiymətlər təqdim etməsi, Türkiyənin bir sıra humanitar layihələrdə təmənnasız iştirakı bu münasibətləri daha da gücləndirib.

Ərdoğanın Bakıya səfəri həm də İran və İsrail fonunda Türkiyə-Azərbaycan tandeminin güc nümayişidir desək, məncə, yanılmarıq.

RUSİYA HARADADIR?

Moskvanın bu diplomatik gedişatda səssiz görünməsi diqqətçəkicidir. Əslində, bu, taktiki səssizlik ola bilər. Rusiya Ukrayna müharibəsi fonunda regional təsir imkanlarını itirməməyə çalışsa da, Bakı üzərindəki təsiri azalıb. Bunu 2023-cü ildən etibarən Rusiya mətbuatında Azərbaycanın müstəqil xarici siyasəti ilə bağlı artan tənqidlər və Moskvanın bölgədə diplomatik təşəbbüslərdə iştirak etməməsi də təsdiqləyir. Moskva Azərbaycanın balanslı siyasətini tam dəstəkləməsə də, sabah “Əhməd haradadır?” sualı qarşısında acız qalmamaq üçün onu açıq qarşısına almaq istəmir.

Lakin nəzərə almaq lazımdır ki, hələ də regionda Rusiyasız yeni siyasi sistemin qurulması mümkün deyil. Rusiya üçün Ermənistan artıq əsas deyil – əvəzində regionda sabitlik və dialoqa meyilli olan Azərbaycan daha real tərəfdaş kimi görünür. Tarixi dinamika dəyişir – bu dəfə isə bölgədə sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat marşrutlarının formalaşdırılması kimi daha rasional və uzunmüddətli maraqlarla.

İLHAM ƏLİYEVİN STRATEGİYASI: BALANS OYUNU VƏ SÜLH DİPLOMATİYASI

Azərbaycan Prezidenti İlham Əliyev bu dinamikanı ustalıqla idarə edir. Məsələn, Çinlə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq, Avropa İttifaqı ilə enerji sahəsində razılaşmalar və Ermənistanla sülh prosesində konstruktiv mövqe bunun əyani sübutudur. O, Çin, Rusiya, Qərb, Türkiyə və İran kimi fərqli blokların maraqlarını qarşılaşdırmadan, paralel şəkildə dialoq aparır. Bu, klassik balans siyasətidir. Bununla yanaşı, Azərbaycan Ermənistanla sülh gündəmini də önə çıxarır — bu isə həm Qərbin, həm də regiondakı güclərin dəstəyini qazanmaq üçün əsas vasitəyə çevrilir.

İlham Əliyevin illərlə apardığı “Heç kimlə münasibətləri korlamamaq” və “Bizə bir yaxşılıq edənə 10 yaxşılıq” siyasəti artıq bəhrəsini verir. Bu gün, “arxadan vurulan “öpüş”lə dəyərlərin tez dəyişdiyi beynəlxalq münasibətlər sistemində İlham Əliyev kimi sabit, ardıcıl və strateji liderlik nümunəsi ciddi oyunçulara həddindən artıq vacibdir.

YEKUN: YENİ CƏNUBİ QAFQAZ ARXİTEKTURASI?

Regionda yeni təhlükəsizlik və iqtisadi düzən qurulur. Azərbaycan bu düzənin mərkəzində yerləşir və artıq daha çox oyunçunun diqqətini cəlb edir. Bu geosiyasi fəallıq sadəcə protokol səfərlər deyil — bu, gələcək onilliyin xəritəsinin çəkilməsidir. Azərbaycanın mövqeyi isə artıq yalnız torpaqları üzərində deyil, yaratdığı diplomatik körpülər üzərində də formalaşır.

Yaxın illərdə Bakı Avropa ilə Çin arasında Orta Dəhlizin strateji mərkəzi, İranla İsrail arasında gizli diplomatiya meydanı və Türkiyə ilə Orta Asiya arasında siyasi rabitə nöqtəsi ola bilər. Bu isə göstərir ki, bölgədə mövcud sakitlik təsadüfi deyil — arxasında məqsədyönlü diplomatik strategiyalar və siyasi iradə dayanır.

P.S. Yerli mavi ekranlarda tez-tez çıxış edən siyasi azlıqların bu məqaləni iki dəfə oxumaqlarını tövsiyə edirəm. Bu çıxış əhlinin nəzərinə çatdırmaq lazımdır ki, regionda baş verən proseslər fonunda, gündən-günə Ermənistanın müharibəyə hazırlaşması mövzusunda apardıqları əsassız təşviqat ciddi adamların kədərli gülüşünə, əsgər analarının isə qürurlu göz yaşlarına səbəb olur.

Vahid Mustafayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 May 2025 07:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see233

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see167

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see162

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see143

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see141

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see133

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see131

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri