Icma.az
close
up
RU
“Salam, cənab Baş nazir...”

“Salam, cənab Baş nazir...”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin yeni çapdan çıxmış “Salam, cənab Baş nazir” kitabı ulu öndər Heydər Əliyev komandasının layiqli nümayəndəsi, Prezident İlham Əliyevlə uzun illər çiyin-çiyinə işləmiş Artur Rasi-zadənin zəngin və maraqlı həyat yoluna həsr olunub.

Vaxtilə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləmiş müəllif Azərbaycan Respublikasının sabiq Baş nazirinin portret cizgiləri ilə oxucuları yaxından tanış edir, xarakterinin özəlliklərini, onunla bağlı bir sıra ilginc məqamları, çoxşaxəli fəaliyyətindəki maraqlı epizodları publisistik düşüncələr şəklində sərgiləyir.

Müstəqil Azərbaycan dövlətinin inkişafı fonunda Baş nazirin fəaliyyəti dövründəki (1996–2018) müxtəlif məqamlardan, maraqlı hadisələrdən bəhs edən “Dirçəliş illəri”, “Hökumət gəlir”, “Bir nömrəli problem”, “Rəsmi səfərlər”, “Dövlət qulluğu”, “Qəbullar, görüşlər, danışıqlar...”, “Yaddan çıxmaz Qarabağ”, “Bağlı qapılar arxasında açıq söhbətlər”, “Aprel döyüşləri”, “Siyasi mədəniyyət” və s. bölmələr faktiki materialların bolluğu ilə diqqəti cəlb edir, tarixilik baxımından mühüm əhəmiyyət daşıyır.

Kitabın Ön sözündə müəllif oxuculara müraciətlə deyir: “Hörmətli oxucu!

Azərbaycan Respublikasının tarixində ən uzun müddət, 22 il Baş nazir vəzifəsində işləmiş, ölkəmizin iqtisadi, sosial, mədəni inkişafında müstəsna xidmətləri olmuş Artur Tahir oğlu Rasi-zadə haqqında bu kitabı yazmaqda məqsədim əlamətdar yubileyi ilində onun həyat və fəaliyyətinə nəzər salmaq, müəyyən müşahidələrimi, fikir-düşüncələrimi sizinlə bölüşməkdir. Əlbəttə, müstəqil Azərbaycan hökumətinə rəhbərlik etmiş görkəmli dövlət xadiminin səmərəli fəaliyyətinin miqyasını, şəxsiyyətinin mahiyyətini və ziyalı xarakterini tam açmaq üçün bir kitab bəs etməz... Lakin birgə işlədiyimiz illər ərzində ona dəfələrlə təklif olunsa da, son dərəcə təvazökar təbiətli bu alicənab insan özü haqqında nəinki kitabın, hətta kiçik bir məqalənin belə yazılıb dərc olunmasına razılıq verməyib. Yalnız o, vəzifədən getdikdən və bir müddət sonra mən də öz istəyimlə dövlət qulluğundan ayrılıb yenidən yaradıcılıq sahəsinə qayıtdıqdan sonra, belə bir məsuliyyəti öz üzərimə götürdüm. Çünki milli dövlətçilik tariximizin mühüm səhifəsinə çevrilmiş sabiq Baş nazirin fəaliyyətindən yazmaq üçün daha izn almaq lazım deyildi. O artıq tarixi şəxsiyyət olaraq xalqa məxsusdur.

Kitabda Baş nazirin portret cizgiləri və onun rəhbərliyi dövründə Nazirlər Kabinetinin fəaliyyəti barədə çoxsaylı müşahidələrdən yalnız müəyyən bir qismi qələmə alınıb. O zamanlar şahidi olduğum maraqlı epizodlar barəsində bloknotumda geniş qeydlər aparanda, onsuz da A.Rasi-zadənin özü ilə bağlı məqamları ictimailəşdirməyə razılıq verməyəcəyini bilirdim. Ancaq buna baxmayaraq, bir vətəndaş kimi düşünürdüm ki, axı bunlar tarixdir. Yazılması, qorunub saxlanması zəruri olan Vətən tarixidir. Bir ara uçurum qarşısında olan Azərbaycanın necə xilas edildiyi, onun addım-addım dirçəldildiyi, dövlətin öz müstəqilliyini qoruya-qoruya gücünü toparlayaraq, məcburən cəlb edildiyi müharibə şəraitində, ərazisinin 20 faizinin işğal altında, əhalisinin 1 milyondan çoxunun qaçqın və məcburi köçkün vəziyyətində olmasına baxmayaraq, inkişaf yolları ilə inamla, əzmlə irəlilədiyi – dövlətçiliyimizin şərəf salnaməsidir. A.Rasi-zadənin zəngin həyat və fəaliyyəti fonunda həmin şərəfli illərin mənzərəsini də oxuculara göstərməyə çalışmışam...

Əmin olmaq istərdim ki, kitab layiqli Vətən oğlunu daha yaxından tanımağa kömək edəcək. Əlbəttə, rəhbər vəzifəli ictimai şəxs barəsində hərənin öz fikri, mövqeyi ola bilər, hər kəs subyektiv mülahizələrini yürüdə bilər. Mən də bu dəyərli şəxsiyyəti iş prosesində bilavasitə yaxından müşahidə edərək, necə görüb tanımışamsa, olduğu kimi də yazıram. İnanıram ki, kitabın məhz indi, heç birimizin vəzifədə olmadığımız dövrdə qələmə alınmasını hörmətli oxucular müəllifin səmimi, təmənnasız və xoş niyyətinin əlaməti olaraq obyektiv qiymətləndirəcəklər.”

Qeyd edək ki, faktlar, sənədlər, şəxsi müşahidə və mülahizələr əsasında yazılan 240 səhifəlik, rəngli foto-illüstrasiyalarla zəngin kitab nəfis tərtibatla çap edilib. Akif Əlinin yeni kitabının ictimai-siyasi sferada çalışan mütəxəssislər, politoloqlar, tarixçilər, jurnalistlər, sosioloqlar, iqtisadçılar və ümumən müasir Azərbaycan dövlətçiliyinin inkişaf prosesləri ilə maraqlanan geniş oxucu kütləsi üçün faydalı mənbə olacağına inanırıq.

Ə.ƏLİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri