Saleh Səmədova 9 il həbs istənildi
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib.
Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunmasını tələb edib.
Müdafiə çıxışı üçün vəkilə vaxt verilib.
Qeyd edək ki, Saleh Səmədov ötən il 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa etmişdi. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etməsi ictimai qınağa səbəb oldu.
Bu qalmaqaldan sonra S.Səmədov vəzifəsindən azad edildi. Bir müddət sonra isə DTX onun korrupsiya cinayətlərini üzə çıxardı. O, 200 min manat mənimsəmədə təqsirləndirilir. Keçmiş şura sədri 1 ildir həbsdədir.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 30 Sentyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















