Icma.az
close
up
RU
Salifu Suma: Zirə üçün hər şeyimi verdim MÜSAHİBƏ

Salifu Suma: Zirə üçün hər şeyimi verdim MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Zirə"dən 1,3 milyon avroya İsveçin "Malmö" klubuna transfer olunan Salifu Sumanın Offsideplus.az-a müsahibəsi

- Salam, Salifu. Necəsiniz? Haralardasınız?

- Yaxşıyam, çox sağ olun. İndi İsveçdəyəm.

- Fiziki durumunuz necədir?

- Özümü fiziki olaraq əla hiss edirəm.

- Bir müddət Fransada oynayıb, sonra “Zirə”yə keçdiniz. Bu klubda istədiklərinizə nail oldunuz?

- Tamamilə. “Zirə”dəki günlərim zəngin idi. Yaxşı komanda, yaxşı baş məşqçi və rəqabətli liqa tapdım. Burada çoxlu xoş xatirələrim var.

- “Zirə” ilə 2023-24 və 2024-25 mövsümünüzü necə dəyərləndirərdiniz?

- Həm meydanda, həm də meydandan kənar çox şey öyrəndiyim 2 mövsüm oldu. Bu klub üçün hər şeyimi verdim və birlikdə nail olduqlarımıza görə çox şadam.

- Beləliklə, “Malmö”. Transfer prosesi necə baş verdi?

- Çox gərgin və pozitiv bir dönəm idi. Müzakirələr ciddi və qarşılıqlı hörmət əsasında idi. Hiss elədim ki, “Malmö” həqiqətən də məni istəyir. Onların idman layihəsinə inandım. Klublar arasında hər bir şey hörmətin saxlanılması ilə baş tutdu.

- “Malmö”nü seçməkdə əsas faktor nə oldu?

- Bu klub ambisiyalıdır, əsl Avropa tarixi var və çox peşəkar struktura malikdirlər. Kluba hədəflərinə çatmağa yardım edərək, özümün də inkişaf edəcəyimi hiss etdim.

- Sizə təklif göndərən Azərbaycan və xarici klublar var idi?

- Bəli, bəzi danışıqlar olmuşdu, lakin karyeramın bu mərhələsində fərqli liqalarda yeni çelenc axtarışında idim. Avropanın başqa klubları da mənimlə əlaqə saxlamışdı. Adlarını məxfiliyi qorumaq üçün açıqlamayacam. “Malmö” mənim üçün ən bariz seçim idi.

- Azərbaycanda hədəfləriniz nə idi? “Malmö”yə keçəndən sonra nə isə dəyişib?

- Hədəfim “Zirə”yə inkişaf etməyə, avrokuboklara vəsiqə qazanmağa və futbolçu kimi böyüməyə yardım etmək idi. “Malmö”də də hədəflərim eyni qalır, ambisiyam dəyişməyib: İnkişaf etmək, komandaya dəstək göstərmək və performansı yüksək səviyyədə saxlamaq.

- Rəşad Sadıqov mətbuat konfransında demişdi ki, “Sumanın ən uğurlu oyunu “Qarabağ”a qarşı olub”. Razılaşırsınız? Sizin üçün Azərbaycanda ən yaddaqalan oyun hansı idi?

- Bu sözləri eşitmək şərəfdir. “Qarabağ”a qarşı oyun emosional idi. Lakin hər bir oyunun xüsusi bir qatqısı var. Komandamın gözləntiləri aşdığı oyunları da xatırlayıram.

- “Zirə”nin heyətində sizi izləmək zövq verirdi. Qoldan sonra rəqsiniz də başqa idi. Bəlkə bir az da həmin qol sevinci barədə danışasınız?

- Çox sağ olun, həqiqətən minnətdaram. Futbolun əyləncəsini bu formada qeyd edirəm. Rəqs mənim ölkəmdən – Qvineyadan gəlir. Bu, milli rəqsdir, qol vuranda və ya qələbə qazananda sevincimi azarkeşlərlə bölüşməyi sevirəm.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 İyul 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri