Salifu Suma “Zirə”dən ayrılır? Bolqarıstan klubu transferə hazırdır
Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.
“Zirə”nin 21 yaşlı qvineyalı vingeri Salifu Suma yay transfer dönəmində klubdan ayrılıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, Bolqarıstanın “Ludoqorets” klubu futbolçunun müqaviləsindəki 800 min avroluq sərbəstqalma bəndini ödəməyə razılıq verib və danışıqlara başlayıb.
Suma ilə 3 illik müqavilə imzalamağı planlaşdıran “Ludoqorets”,bu transferlə hücum xəttini gücləndirməyi hədəfləyir. Futbolçunun “Zirə” ilə müqaviləsi 2027-ci ilin yayına qədər davam etsə də, onun Avropada daha rəqabətli bir liqada çıxış etmək istəyi transferi reallaşdıra bilər.
Qeyd edək ki, Suma bu mövsüm Azərbaycan Premyer Liqasında 19 oyuna çıxaraq 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:125
Bu xəbər 01 May 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















