Icma.az
close
up
RU
“Şalke 04” üç ildən sonra elitada!

“Şalke 04” üç ildən sonra elitada!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Şalke-04” 1-ci bundesliqaya vəsiqə qazandı. Mayın 2-də, 32-ci turda evdə “Fortuna”ya 1:0 hesabıyla qalib gələn Helzenkirhen klubu xalını 67-yə çatdırmaqla elita iştirakçıları sırasına qoşuldu.

Almaniyanın ən titullu klublarından biri 1-ci bundesliqanı 2022/23 mövsümünün sonunda, 17-ci yeri tutmaqla tərk etmişdi. Ardından “Şalke-04”ü əzablı yollar gözləyirdi: komanda növbəti mövsüm 2-ci bundesliqada 10-cu yeri tutdu, 2024/25 mövsümündə isə 14-cü olmaqla az qala 3-cü bundesliqaya yuvarlanacaqdılar.
Bütün bu müddət ərzində “şaxtaçılar” təkcə yaşıl meydanda fırtına yaşamadı: rəhbərlik səviyyəsində istefalar sıralandı, tez-tez məşqçi dəyişdi. Yalnız 2025-ci ilin mayında Miron Musliçin baş məşqçi postuna gəlişi ilə sabitlik bərpa olundu. Avstriyalı əvvəllər “Serkl-Brügge”ni avrokuboklara çıxarıb və “Plimut”la İngiltərə kubokunda “Liverpul”u mübarizədən kənarlaşdırıb.
“Şalke-04” onun rəhbərliyi altında əməlli-başlı canlandı. 14-cü turda 1-ci pilləyə yüksələn komanda zirvəni yalnız bir dəfə tərk etdi. 2025/26 mövsümünün sonucu elitaya vaxtından əvvəl – sona iki tur qalmış qazanılan vəsiqə oldu. Klubun sosial şəbəkə hesabları bu uğura heyranlığını gizlətməyən helzenkirhenli azarkeşlərin sevinc şərhləri ilə doludu. Bundan başqa, klub artıq Musliçlə müqavilə müddətinin uzadıldığını da elan edib. Qeyri-adi nəsə baş verməsə, avstriyalı mütəxəssis 2028-ci ilə qədər “sükan arxasında” olacaq.
Sözsüz, “Şalke-04”ün dönüşü 1-ci bundesliqa üçün əla xəbərdi. “Şalke-04” həm statusuna, həm də azarkeş sayına görə böyük klubdu. Komandanın ən çətin dönəmlərində belə stadion dolub-daşıb. Helzenkirhen təmsilçisi 2023/24 mövsümündə hər ev oyununa orta hesabla 61 min azarkeş toplamaqla bu göstəricidə Avropada 16-cı yeri tutub. “Şalke-04” belə yüksək nəticəyə nail olan yeganə 2-ci liqa təmsilçisidi, hətta “Mançester Siti”ni də arxada qoyub.
Təbii ki, komandanı elitaya çıxaran futbolçuların kimliyi də maraqlıdı. Yəqin ki, ilk növbədə “Liverpul”un sabiq qapıçısı Loris Kariusun adını çəkməliyik. O, 2025-ci ilin yanvarında komandaya qoşulub və dərhal da əsas heyətdə özünə yer edib. Cari mövsümdə meydana çıxdığı 29 oyunun 12-də qapısını toxunulmaz saxlayıb. Edin Cekonun personası da az maraq doğurmur. 40 yaşlı bosniyalı hücumçu “şaxtaçılar”a bu ilin yanvarında azad agent kimi qoşuldu və itib-batmadı – 9 oyunda 6 qol vurdu.
Ancaq komandanın əsas zərbə gücü forvard Kənan Karamandı. Türkiyəli futbolçu son üç mövsümün hər birində 2-ci bundesliqda ən azı 13 qol vurmaqla kapitan sarğısını haqq etdi. İndi isə bu uğuru elitada təkrarlamağa çalışacaq. Məşum 2022/23 mövsümündə cəmi bir dəfə fərqlənmişdi. Şəxsi statistikanı yaxşılaşdırmaq üçün əsas var.
Qarşıdan yay “transfer pəncərəsi” gəlir. Bu müddətdə komandanın heyəti ilə bağlı çox şey dəyişə bilər. Ancaq bir məqam heç bir halda şübhə doğurmur: bundesliqada maraqlı komandaların sayı bir vahid artdı!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 May 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri