Icma.az
close
up
RU
“Şalke”nin sabiq futbolçusu: Bakıdakı möhtəşəm təşkilatçılıq məni təəccübləndirdi EKSKLÜZİV MÜSAHİBƏ

“Şalke”nin sabiq futbolçusu: Bakıdakı möhtəşəm təşkilatçılıq məni təəccübləndirdi EKSKLÜZİV MÜSAHİBƏ

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 26 may, AZƏRTAC

Slovakiya millisinin sabiq futbolçusu, karyerası ərzində Almaniyanın “Honnover”, “Şalke” və “Frayburq” kimi tanınmış komandalarında çıxış etmiş, ölkəsinin minifutbol yığması ilə Bakıda keçirilən dünya çempionatında iştirak edən Erik Yendrişek AZƏRTAC-a eksklüziv müsahibə verib.

- Komandanız qrup mərhələsinin son turunda Bolqarıstana 1:0 hesabı ilə məğlub olaraq D qrupunda dörd kollektiv arasında üçüncü yeri tutdu və bununla da mübarizəni dayandırdı. Bu barədə təəssüratlarınızı bilmək maraqlıdır...

- Çətin oyun oldu. Bilirdik ki, Bolqarıstan asan komanda deyil. Onlar fiziki cəhətdən yaxşı formadadırlar. Rəqib bizi minimal hesabla üstələdi. Bir səhv etdik və qol buraxdıq. Bizim üçün çətindir. Növbəti raundda vəsiqə qazanmaq üçün bircə xal kifayət edirdi, lakin onu da əldə edə bilmədik. Bu, bizim üçün olduqca məyusedici nəticədir.

- Bakının ilk dəfə ev sahibliyi etdiyi mundialın təşkilatçılığı barədə nə deyə bilərsiniz?

- Burada hər şey çox gözəldir. Milli Gimnastika Arenasında idmançılar üçün yaradılan şərait, qaldığımız hotel, bir sözlə, hər şey idealdır. Bu cür möhtəşəm təşkilatçılıq məni yaxşı mənada təəccübləndirdi.

- Azərbaycan haqqında fikirləriniz necədir?

- Paytaxtınız çox gözəldir. İnsanlar bizə hörmətlə yanaşırlar. Düşünürəm ki, ən önəmlisi budur. Bakıdan evə qayıtmaq çətin olacaq.

- Azərbaycan millisinin turnirdəki şanslarını necə qiymətləndirirsiniz?

- Keyfiyyətli futbolçulardan ibarət yaxşı komandadır. Normal haldır ki, ev sahibi olmaq oyunçular üzərində əlavə təzyiq yaradır. Hər kəs Azərbaycan millisinin bunun öhdəsindən gəlib-gəlməyəcəyini maraqla gözləyir.

- Slovakiya futbolunun tanınmış simalarından birisiniz. Karyeranız ərzində də sayılıb-seçilən klublarda çıxış etmisiniz. Maraqlıdır, Azərbaycanın böyük futbolu barədə məlumatınız varmı?

- Bəli, bəzi şeyləri bilirəm. Azərbaycanın minifutbol yığmasının heyətində bir sıra futbolçuları tanıyıram. Özüm də uzun illər böyük futbolda oynamışam. "Qarabağ" klubu barədə məlumatım var. Azərbaycan futbolu inkişaf edir. Yəqin ki, yaxın illərdə beynəlxalq yarışların əsas mərhələsinə vəsiqə qazana bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri