Icma.az
close
up
RU
Salome Zurabişvili Avropa Parlamentində çıxış etmək üçün dəvət aldı...

Salome Zurabişvili Avropa Parlamentində çıxış etmək üçün dəvət aldı...

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstan xalqının xeyli hissəsi, eləcə də Avropa İttifaqı ölkələri tərəfindən prezident kimi tanınan Salome Zurabişvili Avropa Parlamentində çıxış etmək üçün dəvət olunub.

Moderator.az  "Qruziya Onlayn" nəşrinə istinadla xəbər verir ki, bu, dünən, dekabrın 16-da Avropa Parlamentinin sədri Roberta Mezolanın bəyanatından məlum olub.

“Avropa Parlamenti artıq iki həftədir küçələrdə Avropanın gələcəyi üçün dinc və ehtirasla mübarizə aparan Gürcüstan xalqı ilə həmrəy olduğunu bildirir. Onlar AB bayraqlarını dalğalandırır və onlara qarşı su şırnaqlarından istifadə edirlər.

Gürcüstan vətəndaşları, sizləri görürük, eşidirik, yanınızdayıq. Biz müxalifətə qarşı repressiyaları və dinc etirazçılara qarşı güc tətbiqini qəti şəkildə pisləyirik. Biz buna cavabdeh olanları, o cümlədən səlahiyyətli şəxsləri dayanmağa çağırırıq. Biz bütün 27 ölkəni birləşməyə və tədbirləri razılaşdırmağa çağırırıq.

Biz prezident Salome Zurabişvilini Avropa Parlamentinə dəvət etdik. Onunla birlikdə bunun üçün hansı formatın daha yaxşı olacağını müzakirə edəcəyik”, - deyə Metsola bildirib.

Qeyd edək ki, "Qaynarinfo"-nun dünən yaydığı  xəbərə görə, dekabrın 16-da Salome Zurabişvili Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə ölkədəki böhranın sülh yolu ilə həlli üçün Gürcüstanda yeni seçkilərin keçirilməsini müzakirə edib. Bu barədə Zurabişvili "X" sosial şəbəkəsində yazıb .

"Mən vurğuladım ki, böhrandan yeganə dinc çıxış yolu siyasidir, yeni seçkilərdir!” – Gürcüstan prezidenti bildirib. 

Zurabişvili qeyd edib ki, Aİ gürcü xalqına və onun Avropa gələcəyinə dəstəyini davam etdirəcək.

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Dekabr 2024 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri