Şalva Papuaşvili: Fransa və Polşa Gürcüstan iqtisadiyyatına zərbə vurmağa çalışır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 31 may, AZƏRTAC
“Xarici ölkələrin siyasətçilərinin Gürcüstan siyasətinə uğursuz hücumlarından sonra Gürcüstan iqtisadiyyatına hücumlar başlayıb və bu da çox narahatedicidir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında yazıb.
Ş.Papuaşvili deyib: “Veymar üçbucağının üzvləri olan Polşa və Fransa səfirlikləri öz vətəndaşlarına xəbərdarlıq edərək, onları Gürcüstana gəlməzdən əvvəl yüz dəfə düşünməyə çağırıb. Bu da guya, Gürcüstan sərhədində ölkəyə girişin rədd edilməsi hallarının çoxalması ilə bağlıdır”.
Parlament sədrinin sözlərinə görə, Polşa və Fransa səfirliklərinin xəbərdarlıqları Gürcüstan iqtisadiyyatının əsas sahələrindən biri və xalqın firavanlıq mənbəyi olan turizmə əsassız hücumdur.
Qeyd edək ki, mayın 30-da Polşa və Fransa səfirlikləri xarici vətəndaşların, o cümlədən Avropa İttifaqı vətəndaşlarının Gürcüstana girişinə icazə verilməməsi hallarının artdığını bildirib və onları səfərləri planlaşdırarkən mümkün riskləri nəzərə almağa çağırıb. Diplomatik nümayəndəliklər həmçinin qeyd ediblər ki, əcnəbilər Gürcüstanda etiraz aksiyalarında iştirak etdiklərinə və ya hətta iştirak etmədiklərinə görə cərimələnə bilərlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Baxış sayı:128
Bu xəbər 31 May 2025 03:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















