Salyan Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun Boranıkənd kəndinin sakinləri ilə səyyar qəbulu keçirilib.
Modern.az xəbər verir ki, sakinlərlə keçirilən səyyar qəbulda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Səyyar qəbul zamanı Rüstəm Xəlilov Dövlət başçısının imzaladığı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində bölgələrin sürətli sosial-iqtisadi inkişafına nail olunmasının vaciliyini vurğulayıb. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərlər etməsini, əhalinin problemləri ilə maraqlanmasını regionların sürətli inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsi olması barədə kənd sakinlərinə ətraflı məlumat verib. Kənd sakinləri bundan öncəki qəbullarda qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildiriblər. Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 14 Aprel 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















