SALYANDA DAHA BİR QƏZA TIR minik avtomobili ilə toqquşdu, xəsarət alanlar var
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakının Binəqədi rayon sakini, 1985-ci il təvəllüdlü Tağıyev Sərxan Hicran oğlu idarə etdiyi "Volvo" markalı "TIR" yük maşını ilə hərəkətdə olarkən Neftçala rayonunun Ərəbqardaşbəyli kənd sakini, 1963-cü il təvəllüdlü Kərimov Əlvan Mikayıl oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "VAZ-2107"nin sərnişinləri, Neftçala rayon sakinləri, 1984-cü il təvəllüdlü Eyniyeva Şəhla Ağacan qızı, 2013-cü il təvəllüdlü E.F, 2015-ci il təvəllüdlü E.R müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 Sentyabr 2026 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















