Salyanda yol qəzası baş verib
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Bu gün səhər saatlarında "Mersedes" markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi maşın Salyan-Salmanlı sahəsində hərəkətdə olan yük qatarının qarşısına çıxıb.
"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qeydə alınıb. Hadisə nəticəsində lokomotivə zərər dəyib.
"ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına, o cümlədən yol nişanlarının tələblərinə ciddi əməl etməyə çağırır. Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır", - deyə açıqlamada qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 10 Oktyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















