Icma.az
close
up
RU
Şamaxı ilə matçda xal itirməməli idik Ayxan Hüseynov

Şamaxı ilə matçda xal itirməməli idik Ayxan Hüseynov

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Şamaxı" ilə matçda xal itirməməli idik" - Ayxan Hüseynov

"Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Hüseynovun QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 20-ci turunda səfərdə “Şamaxı” ilə heç-heçə oynadınız. Qolsuz bərabərliyi necə şərh edərdiniz?

- Çətin oyun idi. Bilirdik ki, "Şamaxı"ya qarşı oyunlarımız həmişə çətin keçir. Budəfəki matç da istisna olmadı. Hər iki komandanın fərqlənmək üçün şansları oldu. Oyun əsasən mərkəzdə keçirdi. Süni meydanda oynamaq işimizi daha da çətinləşdirirdi. Açığı, elə 0:0-lıq oyun idi. 

- Qələbə qazanmağınız üçün nə çatışmadı?

- Daha çox irəlidə aqressiya çatmadı. Ön xətdə daha çox epizod yaratmalıyıq. İnanıram ki, növbəti oyunlarda bunların öhdəsindən gələcəyik.

- Qələbə qazanacağı təqdirdə “Turan Tovuz” turnir cədvəlində üçüncü pilləyə yüksələcəkdi... 

- Bəli, rəqiblər yaxınlaşır. "Şamaxı" ilə matçda xal itirmək olmazdı. Təəssüf ki, istəyimiz alınmadı.

- İlk üçlükdən kənarda qalmaq üzərinizdə basqı yaratmır?

- Xeyr. Nəzərə almaq lazımdır ki, avrokuboklar uğrunda mübarizədə rəqiblərimiz olan "Zirə" də, "Sumqayıt" da, "Neftçi" də, "Araz-Naxçıvan" da  yaxşı komandalardır. Digər tərəfdən isə üçüncü olmaq istəyirsənsə, belə oyunlarda xal itirməməlisən.

- Növbəti turda üçüncü pillədəki “Zirə” ilə qarşlaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir? 

- "Zirə" ilə oyunlar həmişə çətin olur. Hər iki komanda yaxşı mübarizə aparır. Budəfəki matç maraqlı olacaq, buna əminəm 

- Bəzən “Turan Tovuz”u cansıxıcı futbol oynamaqda ittiham edirlər. Bu fikirlə nə dərəcədə razısınız?

- Elə fikirləşmirəm. Hamı istəyər ki,  "Qarabağ" kimi oynayaq. Lakin elə, yəni qısa ötürmələrlə, texnikalı oynamaq hər komandanın tərzi deyil. Hər kollektivin öz üslubu var. Bizim də yaxşı oyunlarımız olub.

- Kurban Berdıyevin işi də birmənalı qarşılanmır. Mütəxəssisə yönələn tənqidləri haqlı, yoxsa haqsız sayırsınız?

- Hər insan fikrini bildirir. Biz buna nə deyə bilərik? Berdıyev çox təcrübəli mütəxəssisdir. Çalışırıq Berdiyevin təcrübəsindən yararlanaq. O da komandanın yalnız irəli getməsi üçün çalışır. Onun futbolçularla da münasibəti əladır. Kollektivin daxilində hər şey normaldır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://qol.az
archiveBu xəbər 17 Fevral 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri