Şamaxı yolunda sərt döngəyə girən sürücü “Mercedes”i maneəyə çırpdı REAL VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı-Şamaxı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza sentybarın 17-də saat 08:22 radələrində qeydə alınıb. Videodan da göründüyü kimi, sərt döngəyə daxil olan “Mercedes” markalı avtomobilin sürücüsü anidən idarəetməni itirir və maşını maneəyə çırpır. Eyni zamanda yağıntılı hava səbəbindən yolun asfalt örtüyünün yaş olması da qəzanın baş vermə riskini artırır. Xoşbəxtlikdən sürücü avtomobili dayandıraraq ağır qəzanın qarşısını alıb. Hadisə nəticəsində avtomobilə maddi ziyan dəyib, sürücü xəsarət almayıb.
Qeyd edək ki, sərt döngədə və yaş yolda maşın sürərkən sürəti azaltmaq mütləqdir. Eyni zamanda ani dönmələrdən qaçmaq və təkərlərin tutuşuna diqqət etmək lazımdır. Əyləc və qazı eyni anda basmaq isə təhlükəlidir. Avtomobilinizdə ABS və ESP sistemləri varsa, onlardan istifadə etmək tövsiyə olunur.
Nərmin


