Icma.az
close
up
RU
Şamaxıda zirzəmidə saxlanılan qız belə qaçıb TƏFƏRRÜAT

Şamaxıda zirzəmidə saxlanılan qız belə qaçıb TƏFƏRRÜAT

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Şamaxıda ata boşanmaq istəyən qızını zirzəmiyə salaraq orada saxlayıb. Bununla həm qızının boşanmasının qarşısını almaq istəyib, həm də onun sərbəst həyat tərzi yaşamaq istəyinə mane olmağı planlaşdırıb. Lakin atanın planı istədiyi kimi baş tutmayıb. Sonda özü məsuliyyətə cəlb edilib.
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, 48 yaşlı Eldar Əliyev (ad və soyad şərtidir) qızının boşanacağını eşidəndən sonra qəzəblənib.
 

O, iki uşaq anası olan qızı Rahilə Nağıyevaya (ad və soyad şərtidir) boşanmaması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.


Eldar Əliyev Bakıda yaşayan qızını Şamaxıdakı evinə gətirib. O, qızının həm də yüngül həyat tərzi keçirdiyindən şübhə edib. Həm qızının bu hərəkətlərinin qarşısını almaq, həm də boşanmasına mane olmaq üçün plan qurub. Qızını Şamaxıya gətirən E.Əliyev onu evinin zirzəmisinə çağırıb. Onu həmin zirzəmiyə salaraq dəmir barmaqlıqlarını və qapını bağlayıb. Açarları da qızının əlinin çatmayacağı yerə qoyub. Zirzəminin pəncərəsi və işığı olmayıb. Eldar Əliyev işə getdiyi müddətdə evdə olan anası, həyat yoldaşı ona su və yemək veriblər.
Bir neçə gün zirzəmidə qalan Rahilə anasından övladları ilə danışmaq üçün telefon istəyib. O, aldığı telefonla Daxili İşlər Nazirliyinin “102 xidməti”nə zəng edib və qanunsuz olaraq əsir saxlanıldığını deyib. Sonra da anasından tualetə getmək üçün icazə istəyib. Zirzəmidən çıxan zaman qapıya tərəf qaçaraq küçəyə çıxmaq istəyib. Lakin nənəsi və anası onu saxlaya bilib. Rahiləni yenidən zirzəmiyə qatmağa çalışıblar. Bu zaman həyətin darvazası döyülüb. Qapını döyənlər polis əməkdaşları olub. Onlar həyətdə səs-küy eşitdikləri üçün qapını qıraraq həyətə daxil olublar.
Rahilə oradan polis şöbəsinə aparılıb. Sonra isə atası və ailə üzvləri də polisə gətirilib.
Törətdiyi əmələ görə Eldar Əliyevə Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan, qanunsuz azadlıqdan məhrumetmə) maddəsi ilə ittiham irəli sürülüb.
E.Əliyev ifadəsində əməlindən peşman olduğunu deyib. Bildirib ki, məqsədi qızının ailəsinin dağılmasının qarşısını almaq olub. İfadəsinə əlavə edib ki, qızını zirzəmidə saxladığı müddətdə hər gün ondan boşanıb-boşanmayacağı ilə bağlı sorğu-sual edirmiş. Qızı isə hər dəfəsində boşanacağını, Bakıda azad və tək həyat yaşayacağını deyib.
Buna görə də qızını zirzəmidən çıxarmamağı qərarlaşdırıb:
“Yoldaşı ilə yola getmirdi. Bəzənib axşamlar tək çölə çıxırdı. Biabır olacağımdan qorxurdum. Onu öz yanıma gətirib belə bir addım atdım”.
Qızının zirzəmidən qaçmasını isə ailə üzvlərinin ona məlumat verməsindən sonra bilib.
Eldar Əliyevin ailə üzvləri də oxşar ifadə veriblər. Deyiblər ki, E.Əliyevdən çəkindikləri üçün Rahiləyə kömək edə bilməyiblər.
Rahilə polisdə atasından şikayətçi olsa da, iş məhkəməyə çatana qədər barışıblar. Buna görə də atasına qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmə Eldar Əliyevi 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Yanvar 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri