Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Şamaxıda olay: Ata boşanmaq istəyən qızını zirzəmiyə saldı, günlərlə... ŞOK TƏFƏRRÜAT

Şamaxıda olay: Ata boşanmaq istəyən qızını zirzəmiyə saldı, günlərlə... ŞOK TƏFƏRRÜAT

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Şamaxı rayonunda 1976-cı il təvəllüdlü Ruslan yüngül həyat tərzi keçirən qızı Fatiməni (adlar şərti verilib – red.) bağlı qapılar arxasında saxlamaqla onu qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunub.

Moderator.az Teleqraf.az-a istinadən xəbər verir ki, Fatimənin yüngül həyat tərzi keçirməsindən şübhələnın Ruslan onun ərindən boşanaraq, Bakı şəhərində sərbəst yaşamaq istəyinin qarşısını almaq məqsədilə 2024-cü il fevralın 9-u gecəsindən fevralın 14-dək Şamaxı şəhərindəki fərdi yaşayış evinin zirzəmində saxlayıb.

Fatimə fevralın 14-də uşaqları ilə telefonla danışmaq bəhanəsi ilə anası Sevdadan mobil telefonu alıb və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, zorla zirzəmidə saxlanılması barədə məlumat verib. Daha sonra tualetə getmək adı ilə zirzəmidən çıxıb. Yaşadığı evin qarşısında anası ilə mübahisə edərkən, ora polis əməkdaşları gəliblər. Onlar Fatiməni oradan xilas ediblər.

İstintaq orqanı tərəfindən Ruslanın barəsində Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndiririlən şəxs qismində ifadə verən Ruslan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, zərərçəkmiş Fatimə onun doğma qızıdır: “Qızım Lətif adlı şəxslə rəsmən ailə qurub, 10 yaşlı Sədi, 9 yaşlı Qalib adlı övladları var.

Fatimə ailə qurduqdan sonra 3-4 il Şamaxı şəhərində əri Lətifin valideynlərinə məxsus evdə yaşayırdı. Sonradan Lətiflə Bakı şəhərinə köçdülər. Lakin son vaxtlar əri Lətiflə münasibətləri pozuldu. Bu səbəbdən ərindən boşanmaq qərarına gəldi, məhkəməyə ərizə verdi. Sonra ərizəsini geri götürdü. Hazırda Fatimə ərindən ayrı Bakı şəhərində yaşayır”.

Təqsirləndirilən şəxs qeyd edib ki, qızı Fatimə işdən axşam evə gəldikdən sonra yenidən bəzənir, çölə çıxır və evə gec saatlarda gəlirdi: “Dəfələrlə Fatimə ilə söhbətlər etmişəm, lakin nəticəsi olmayıb. Mən camaat içərisində biabır olacağımı düşünmüşəm. Fatimənin əxlaqsız həyat tərzindən şübhələnmişəm. Buna görə də onu Şamaxı şəhərindəki evimə gətirmək, əri ilə barışığa kimi öz evimdə saxlamaq qərarına gəldim.

Fatiməylə birlikdə evimə gəldik. Lakin səylərimə baxmayaraq, o, ərindən boşanmaq fikrindən daşınmadı və özü sərbəst Bakı şəhərində yaşayacağını dedi. Onu bir neçə gün evin zirzəmisində saxlamağı düşündüm.

Mənim Şamaxı şəhərində fərdi yaşayış evim var və birinci mərtəbəsi zirzəmi kimi istifadə olunur. Ailə üzvlərimlə birlikdə evin ikinci mərtəbəsində yaşayırıq. Zirzəminin giriş qapısı dəmirdəndir. Zirzəminin ikinci otağının qapısı dəmir barmaqlıq formasındadır və qıfılla kilidlənib. Mən Fatiməni xəbərsiz evdən çıxaraq gedəcəyini ehtimal elədim. Bu məqsədlə evə çatdıqdan sonra onu zirzəmiyə apardım. Orada ikinci otağa keçməsini tapşırdım. Fatimə otağa keçdikdən sonra qapını çöl tərəfdən qıfılla kilidlədim. Açarı isə Fatimənin əlinin çatmayacağı yerə qoydum”.

Ruslanın ifadəsinə görə, səhəri gün evdən çıxaraq işləməyə gedib: “Mən evdə olmayanda ailə üzvlərim Fatiməyə yemək və su veriblər. Bir neçə gün Fatimə zirzəmidə qaldı.

Növbəti dəfə axşam saatlarında evə gələndə arvadım bildirdi ki, Fatimə uşaqları ilə danışmaq bəhanəsi ilə mobil telefonu alıb, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib. Fatimə həyətdə olan zaman polis əməkdaşları evimə gəlib və onu Şamaxı Rayon Polis Şöbəsinə aparıblar.

Törətdiyim cinayət əməlinə görə peşmanam. Mənim məqsədim qızımın boşanmasının qarşısını almaq, bu mümkün olmadıqda, qızımı öz yanımda yaşamasını təmin etmək olub”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fatimənin sözlərinə görə, 2014-cü ildə Lətif adlı şəxslə ailə həyatı qurub və birgə nikahlarından iki övladı var: “Mən Lətiflə valideynlərimin təkidi ilə ailə qurmuşam. Ailə qurduqdan sonra Şamaxı şəhərində Lətifin valideynlərinə məxsus evdə birlikdə yaşamışıq. Sonra Bakı şəhərinə köçərək, 4-cü mikrorayonda yerləşən mənzildə qalmışıq. Bir müddətdən sonra münasibətlərimiz pozuldu və mən boşanmaq qərarına gəldim. Lakin atam Ruslan bunu biləndə boşanmağına mane olmağa çalışdı”.

Fatimə qeyd edib ki, atası onu Bakı şəhərindən götürərək, Şamaxıdakı evə gətirib: “Şamaxıda maşından düşən kimi atam mənim qollarımdan tutdu, evin zirzəmisinə apardı. Zirzəmidə ikinci otaqda yerə köhnə palaz, üstünə döşək sərildiyini, yorğan və yastıq qoyulduğunu gördüm. Başa düşdüm ki, atam məni əsir kimi evin zirzəmisində saxlamaq niyyətindədir. Bunun üçün əvvəlcədən hazırlıq görmüşdü. Otağın qapısının yerinə dəmir məhəccər vurulmuş, yəni məhəccərlə qapı düzəldilmişdi.

Atam məni zirzəminin ikinci otağına saldıqdan sonra əvvəlcə məhəccərdən düzəltdiyi qapını iki qıfılla, daha sonra zirzəminin giriş qapısını açarla bağladı”.

Fatimənin ifadəsinə görə, atası onu Bakı şəhərindən gətirdiyi vaxtdan fevralın 14-dək zirzəmidə saxlayıb: “Zirzəminin nə pəncərəsi, nə də işiğı olmayıb. Zirzəmidə saxlanıldığım 6 gün ərzində bir neçə dəfə atam yanıma gəldi, mənə ərimdən boşanıb-boşanmayacağımı soruşdu. Mən isə cavabımda boşanaraq sərbəst yaşamaq istədiyimi dedim. Atam məni təhqir edərək getdi”.

Zərərçəkmiş qeyd edib ki, fevralın 14-də anasının mobil telefonu ilə əvvəlcə əri Lətiflə, daha sonra isə oğlu Qaliblə danışıb: “Lakin zirzəmidə saxlanıldığımı oğluma demədim. Anamın zirzəmidə olmadığından istifadə edərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, zorla zirzəmidə saxlanmağım barədə məlumat verdim.

Bir neçə dəqiqə sonra anam zirzəmiyə gəldi və telefonu məndən aldı. Telefonu anama qaytararkən xahiş etdim ki, qapını aç, çıxıb ayaqyoluna gedim. Atam və qardaşlarım evdə deyildi. Yalnız anam və nənəm evdəydi.

Anam mənimlə razılaşdı. Məhəccərdən olan qapının qıfıllarını açdı, məni çölə buraxdı. Anamın arxasınca zirzəmidən çölə çıxarkən telefona zəng gəldiyini gördüm. Anam zəngə cavab verdikdə bildim ki, polis əməkdaşıdır. Bu vaxt həyətə giriş qapısına tərəf qaçdım. Nənəmlə anam məni tutaraq saxladıqları üçün çölə çıxa bilmədim. Amma qışqırdım ki, kimsə səsimi eşidərək köməyə gələr.

Bir neçə dəqiqədən sonra həyətə giriş qapısına kiminsə zərbələr vurduğunu eşitdim. Fürsət taparaq anamın əlindən çıxdım və həyətin giriş qapısının cəftəsini açdım. Polis əməkdaşının növbəti zərbəsi ilə qapı içəriyə doğru açıldı və evə daxil olan 3 polis əməkdaşı məni anamın əlindən aldılar və Şamaxı Rayon Polis Şöbəsinə gətirdilər.

Polis şöbəsində məni azadlıqdan məhrum etmiş atam barəsində qanuni tədbir görülməsini xahiş etdim”.

Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ruslan aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il 5 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri