Samed Ağırbaş: Azərbaycan gəncləri iqlim təşəbbüslərində əsas tərəfdaşdır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 14 mart, AZƏRTAC
Türkiyənin “Zero Waste Foundation” təşkilatı Azərbaycanla sıx əməkdaşlıq etməyə hazırdır. Bu il təşkilat iki böyük tədbir keçirəcək. Onlardan biri “Zero Waste Forum”dur. Keçən il forumda 108 ölkədən nümayəndələr iştirak edib. Bu il isə iyunun 5-7-də İstanbulda keçiriləcək forumda 150-dən çox ölkənin təmsil olunacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu, “Zero Waste Foundation”ın sədri Samed Ağırbaş Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında keçirilən brifinqdə bildirib.
COP31-in yüksəksəviyyəli çempionu qeyd edib ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı ilə güclü əməkdaşlıq qurmaq, memorandum imzalamaq və texniki səviyyədə işçi qrup yaratmaq niyyətindədir. Forum çərçivəsində gənclər üçün xüsusi platformalar da təşkil olunacaq.
S.Ağırbaş bildirib ki, təşkilat Qoşulmama Hərəkatına üzv olan hər bir ölkənin gənclərini dəstəkləməyə hazırdır. O, Azərbaycanla əməkdaşlığı xüsusi vurğulayaraq deyib: “Bakıya gələndə öz evimdə olduğumu hiss edirəm. Siz İstanbula gələndə də öz evinizdə olduğunuzu hiss etməlisiniz”.
O əlavə edib ki, təşkilat yalnız Azərbaycanla deyil, bütün Qoşulmama Hərəkatına üzv ölkələr ilə sıx əməkdaşlıq qurmaq niyyətindədir. Bu əməkdaşlıq gənclərin iqlim sahəsində təşəbbüslərə cəlb olunmasına və sıfır tullantı proqramının uğurla həyata keçirilməsinə töhfə verəcək.
Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Nicat Həşimov
Videooperator - Şövqi Əzizov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 14 Mart 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















