Şamil Ayrım: TürkiyəAzərbaycan arasında münasibətlər Qarabağ müharibəsindən sonra ən yuxarı həddə çatıb
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
"Çox istərdik ki, İkinci Qarabağ Müharibəsində şəhidlərimiz olmasın. Amma şairində dediyi kimi: Bayraqları bayraq edən üstündəki qandır. Torpaq əgər uğrundə ölən varsa, Vətəndir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Şamil Ayrım deyib.
Ş.Ayrım söyləyib ki, bu şüarla Azərbaycan öz dövlətinin torpaqlarını qanla sulayaraq geri qaytardı:
“Sizdən soruşuram. Azərbaycan Xudayarı, Mübarizləri unuda bilərmi? Xudayar “Vətən yaxşıdır” mahnısını ifa etdikdən çox qısa bir müddət sonra şəhid oldu. Həqiqətən də qanla alınan torpaqlardır. Amma Allaha həmd olsun ki, bu gün Azərbaycan torpaq bütövlüyünü əldə edib. 44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror əməliyyatı ilə Azərbaycan öz hakimiyyətini bərpa edə bildi”.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan arasında xüsusilə Qarabağ müharibəsindən sonra münasibətlər ən yuxarı həddə çatıb.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 07 Dekabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















