Icma.az
close
up
RU
Samir Abasov: Öyündüyümüz müdafiə xəttində səhvə yol verdik

Samir Abasov: Öyündüyümüz müdafiə xəttində səhvə yol verdik

Icma.az bildirir, Idman.biz portalına istinadən.

"Neftçi" Misli Premyer Liqasının 8-ci turunda doğma meydanda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Neftçi" bu gün bir xal qazandı, yoxsa iki xal itirdi?

- Nəsə demək çətindir. Qəliz oyun alındı. Özümüzə də anlaşılmaz qalan bəzi şeylər oldu. 1:0 udurduq, o vaxta kimi çox yaxşı oynayırdıq, üstünlük bizdə idi. Qol vurandan sonra geriyə oturduq nədənsə. Bunun səbəbi istəkdən irəli gəlmirdi, plan da yox idi. Çox top itirdik. Xüsusilə də ortada. Onda da üstünlük rəqibə keçdi və qol vurdular. İkinci hissəyə başlayanda uşaqlarla danışdıq. Çox şeyi dəyişmək istəyirdik ki, müdafiəçimizin səhvindən qol buraxdıq. İkinci hissə başlayanda planlar nə idisə, sona qədər elə oynadıq. Futbolçular ruhdan düşmədilər. Epizodlarımız var idi, üstünlük bizdə idi. Bu gün kim qazandı, kim itirdi, demək çətindir. Bu, həmin oyunlardan biridir ki, dərhal reaksiya verib, nəsə deyə bilmirsən. Təhlil etmək lazımdır. Üzücü olan odur ki, qərarlarımızda çox problem görünürdü. Son ötürmələr... Cərimə meydançasına çatanda səhv qərarlar verirdik. Bu həftə birlikdə çox məşq etmədik. Millidə olan oyunçularımız var idi. Bu vaxta kimi hazırlaşdığımız kimi, hazırlaşa bilmədik. Oynadığımız oyuna bəhanə deyil. Özüm də deyə bilmirəm ki, qazandıq, yoxsa itirdik.

- 1:0-dan sonra nə dəyişdi ki, müdafiəyə oturdunuz?

- Bu, tapşırıq deyildi. Bütün planlarımızı qol vurmaq üçün hazırlamışdıq. Bu da baş verdi. Fikirləşirdik ki, basqı yaradacağıq. Özüm də niyə bu qədər top itkilərinə yol verdiyimizi bilimirəm. Rəqibin üstünlüyü ələ keçirməsinin səbəbi özümüz idik. Nə qədər foullar oldu. Çox çətindi nəsə demək.

- Birinci qolda mərkəz müdafiəçilərinin səhvi var idi?

- Sistematik idi. Mərkəz müdafiəçilərimiz ondan əvvəlki epizoda fokuslanmışdılar. Bu da bizim günahımızdır. Öyündüyümüz müdafiə xəttində səhvə yol verdik. Heç-heçənin səbəbi 1:0-dan sonra oynadığımız futboldadır.

- Vensan Abubakarla görüşmsüz?

- Onun gəlişi bizə çox yaxşı təsir göstərəcək. Hər bir futbolçu yanında təcrübəli, keyfiyyətli oyunçu görəndə, onun keyfiyyətinə uymağa çalışır. Abubakarla danışmağa vaxtımız olmayıb. Görüşməmişik. Şəxsi söhbətimiz olmayıb. Sabahdan məşqlərə qoşulacaq, danışacağıq.

- Müdafiə xətti eyforiyada deyildi?

- Niyə eyforiyaya qapılsınlar? Turnir cədvəlindəki yerimiz o deyil ki, müdafiəyə rahatlıq versin. Onlar, əksinə elə diqqətli olmalıdırlar ki, oyunları uduzmayaq. Səhvlərdi də olur.

- Metyu İfeanyinin oyunun necə dəyərləndirirsiz?

- Metyu hücuma enerji qatdı. Oyuna çox yaxşı girdi. Ortada ötürmələri, hərəkətliliyi xeyrimizə oldu.

- İdrissa Dumbiya haqda fikriniz necədir? Komandada yarımmüdaifəçi çoxdur sanki..

- Çoxluq haqda bir söz deyə bilmərəm. Metyu da, İdrissa da alınsa, çox deyil. Lazım olan qədərdir. Dumbiya məsələsində müzakirələr gedir. Yaxın günlərdə necə olacağını biləcəyik.

- Hesab 2:2 olarkən, Murad Məmmədov və Ağadadaş Salyanskini oyuna buraxdız. Bu, risk deyildi?

- Bizə hücumda daha effektli olsun deyə, həmin oyunçuları meydana buraxdıq. Murad kreativdir. Həmin cinahlarda daha da gümrah oyunçu olmasını istədik.

- Keysuke Hondanı transfer edəndə çempion oldunuz, indi daha bir ulduz gəldi. Dejavü yaşana bilər? Oyunu ilə olmasa da, psixoloji sarıdan komandaya güc vermək üçün dəvət etmisiz?

- Belə düşünənlər də var. Mən əksini düşünürəm. Abubakar rəqiblər üçün motivasiya ola bilər. Biri var digərlərinə qarşı oynamaq, biri də var Abubakara qarşı yaxşı oynamaq onları ucaldır. Bu da bizə bəlkə əks təsir edə bilər. Hücumda problemlərimiz var idi, qol vurmaq problemimiz var idi, onu çözmək baxımından gətirmişik.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Oktyabr 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri