Icma.az
close
up
RU
Samir Əliyev: Futbolçuların meydanın hər qarşı uğrunda mübarizə aparması sonda 1 xal qazandırdı MÜSAHİBƏ

Samir Əliyev: Futbolçuların meydanın hər qarşı uğrunda mübarizə aparması sonda 1 xal qazandırdı MÜSAHİBƏ

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 10 sentyabr, AZƏRTAC

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Samir Əliyev AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan millisi ötən gün DÇ-2026-nın seçmə mərhələsinin II turunda doğma meydanda Ukrayna ilə 1:1 hesablı heç-heçə etdi. Oyun haqqında fikirləriniz maraqlıdır...

-Futbolçuların meydanın hər qarşı uğrunda mübarizə aparması sonda Azərbaycan millisinə 1 xal qazandırdı. Uşaqlar əzmkar çıxış edirdilər. Yığmanı təbrik edirəm.

- Bir çoxları Azərbaycan millisinin futbolçularının Fernandu Santuşun rəhbərliyi altında milli ruhda oynamadığını iddia edirdilər. Sizin buna münasibətiniz necədir?

- Fernandu Santuşun istefasından sonra AFFA rəhbərliyinin qısa müddətdə millinin Ukrayna ilə çətin oyununu Ayxan Abbasova tapşırması son illərdə verilmiş ən düzgün qərarlardan biri oldu. Yığmanın son nəticələri, xüsusən də İslandiya qarşı mübarizəsiz böyükhesablı məğlubiyyət bu qərarın nə qədər zəruri olduğunu göstərirdi. Futbolda uduzmaq olar, lakin mübarizə aparmadan yox. Ayxan Abbasovun isə Rüstəm Əhmədzadə ilə Abdulla Xaybullayevi milli komandaya dəvət etməsi və onlara əsas heyətdə güvənməsi həmin futbolçular üçün böyük motivasiya oldu.

- AFFA bundan sonra baş məşqçi məsələsi ilə bağlı hansı addımı atmalıdır?

-Dünənki oyun göstərdi ki, yığma bu futbolçularla yerli məşqçiyə həvalə olunmalıdır.

- Yığmanın seçmə mərhələsinin bundan sonrakı oyunlarda neçə xal yığacağını təxmin edirsiniz?

- Çətin qrupa düşdüyümüz hər kəsə məlumdur. Amma dünənki oyun göstərdi ki, bu istək və motivasiya ilə mübarizə aparsaq, İslandiyaya qarşı ev oyununda xal və ya xallar qazanmaq mümkündür. Fransa və Ukrayna ilə səfərdə isə daha ağır qarşılaşmalar gözləyir. Xüsusilə də Ukrayna dünənki heç-heçədən sonra cavab qarşılaşmasına tam fərqli motivasiya ilə çıxacaq.

- Vaxtilə işlədiyiniz U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində evdə Bolqarıstanla qollu heç-heçə (1:1) etdi. Komandanın gələcək prespektivini necə görürsünüz?

- Ötən gün U-21 millimiz də evdə ilk qolunu və ilk xalını qazandı. Qarşıda çətin oyunlar var, amma ümid edirəm ki, bu seçmə mərhələ milli üçün uğurlu olacaq. Ən önəmlisi isə odur ki, A milli komandaya yeni futbolçular cəlb olunacaq. U-21-də perspektivi və gələcəyi olan bir neçə oyunçumuz var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri