Samir Əzimzadə YÜKSƏK VƏZİFƏYƏ təyin Dövlət sərhədində atəş səsləri İrandan gələn naməlum şəxs…
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Sfera.az-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb.
Əmrə tabe olmayan sərhəd pozucusu havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək üzərindəki bağlamaları atıb və geriyə qaçmağa nail olub.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 18 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 22 İyul 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















