Samir Səlimli: 2016 2021 ci illərdə Azərikimya da icra edilən layihə məhsuldarlığı artırıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 sentyabr, AZƏRTAC
Hal-hazırda avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edən növbəti modernizasiya layihəsi aktiv fazadadır. Layihənin mühəndislik mərhələsi 95 faiz tamamlanıb və növbəti ildən sahə işlərinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Proses üzrə direktoru Samir Səlimli "20 Sentyabr - Neftçilər Günü" çərçivəsində Etilen-Polietilen zavoduna təşkil edilən media-tur zamanı deyib.
Bildirilib ki, müəssisədə müxtəlif məhsullar üzrə istehsal gücü 50, 90, 120 və 187 min ton təşkil edir.
“Müəssisənin məhsullarının satışında ixracın payı təxminən 90 faiz təşkil edir. Daxili bazarın tələbatı təmin edildikdən sonra məhsullar Türkiyə, Estoniya, digər Avropa ölkələri, Çin və başqa istiqamətlərə ixrac olunur. 2016–2021-ci illərdə icra edilən layihə çərçivəsində məhsuldarlıq etilen üzrə 40 faiz, propilen üzrə isə 70 faiz artırılıb və qurğular artıq 5 ildir ki, bu güclə fəaliyyət göstərir”,- deyə o qeyd edib.
Fotoqraf - Xanlar Əlizadə
Videooperator - Ələkbər Baxşiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 16 Sentyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















