Samir Şərifov: Azərbaycanın milli valyutası sabitdir, fiskal mövqeyi isə yaxşılaşır
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan öz ərazilərini azad edib və onlarda suverenliyini bərpa edib. Son 8 ildə biz həmçinin sabit makroiqtisadi və maliyyə mühiti formalaşdırmışıq.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Samir Şərifov deyib.
O qeyd edib ki, Azərbaycanın milli valyutasının məzənnəsi sabitdir, fiskal mövqeyi isə yaxşılaşır:
“Bu dövrdə biz maliyyə ehtiyatlarımızı demək olar ki, iki dəfə artırmışıq; onlar artıq ölkənin ÜDM-nin təxminən 95%-nə çatır, dövlətin xarici borcu isə bu ehtiyatlardan 15 dəfə azdır. Bunlar da mühüm ilkin şərtlərdir.
Növbəti əsas sütun isə, mənim fikrimcə, biznes mühitidir — yəni investisiya üçün əlverişli, təşviqedici mühit. Bu istiqamətdə də çox işlər görülür. Biz qanunvericiliyi təkmilləşdiririk, investorlarla dialoq mühiti yaradırıq. Cənab Prezidentin sərəncamı ilə yaradılmış biznes mühiti üzrə komissiya işgüzar dairələrlə və investorlarla işləyir, vəziyyəti monitorinq edir və zəruri hesab edilən dəyişiklikləri həyata keçirir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Sentyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















