Samir Şərifov: Azərbaycanla Belarus arasında sıx dostluq münasibətləri mövcuddur
Icma.az bildirir, Modern.az portalına istinadən.
Azərbaycan ilə Belarus arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq uğurla inkişaf edir, iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlər isə yeni məzmun qazanır.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Bakıda Belarusun Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanla Belarus arasında ənənəvi olaraq sıx dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Samir Şərifov bildirib ki, 1993-cü ildə diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində ikitərəfli əlaqələr ardıcıl şəkildə inkişaf edərək qarşılıqlı faydalı tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxıb:
“Əldə olunan nailiyyətlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşılıqlı etimada əsaslanan münasibətləri, birgə səyləri və güclü siyasi iradəsi həlledici rol oynayıb. Dövlət başçılarının ali səviyyədə keçirdikləri müntəzəm görüşlər və fəal fikir mübadiləsi iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə dinamik inkişafını təmin edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 30 İyun 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















