Samir Şərifov: Neftin qiyməti azalarsa, mənfi təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 20 noyabr, AZƏRTAC
Şübhəsiz ki, istənilən proqnoz müəyyən risklərə məruz qala bilər. Ona görə Maliyyə Nazirliyi dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadiyyat Nazirliyi tərəfindən tərtib olunan makroiqtisadi proqnozları əsas götürüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və idman, ictimai birliklər və dini qurumlar, mədəniyyət komitələlərinin bu gün keçirilən birgə iclasında maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, cari ilin büdcəsində neftin qiyməti 60 dollardan 75 dollara kimi yüksəldilib: “Növbəti il biz bu qiyməti 5 dollar az götürmüşük. Əgər neftin qiyməti azalarsa, mənfi təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 20 Noyabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















