Icma.az
close
up
RU
Samsung, kadmiumsuz, təhlükəsiz və ekoloji kvant displeylərinin istehsalına görə SGS və TÜV Rheinland kimi beynəlxalq sertifikatlara layiq görülüb

Samsung, kadmiumsuz, təhlükəsiz və ekoloji kvant displeylərinin istehsalına görə SGS və TÜV Rheinland kimi beynəlxalq sertifikatlara layiq görülüb

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Samsung Electronics, davamlı texnologiyalar və ekoloji məsuliyyət sahəsində standartları müəyyən etməyə davam edir. Şirkətin kvant displeyləri eyni anda iki nüfuzlu beynəlxalq təşkilat — İsveçrənin SGS institutu və Almaniyanın TÜV Rheinland sertifikatlaşdırma agentliyi tərəfindən yüksək qiymətləndirilib. Aparılmış yoxlamalar bir daha təsdiqləyib: Samsung displeylərində insan sağlamlığı və ətraf mühit üçün təhlükə yaradan zəhərli ağır metal olan kadmiumdan, istifadə olunmur.

"Samsung-un kvant nöqtəli televizorları zərərli maddələrlə bağlı məhdudiyyətlərə uyğun, təhlükəsiz texnologiya əsasında istehsal olunaraq, təsvirin misilsiz keyfiyyətini təmin edir", — deyə Samsung Electronics şirkətinin Displey Həlləri bölməsinin icraçı vitse-prezidenti Taeyong Son bildirib. — "SGS tərəfindən təqdim edilən sertifikat məhsullarımızın təhlükəsizliyini tam şəkildə təsdiqləyir. Bu hal bizi, davamlı olaraq dayanıqlı displey texnologiyalarının inkişafına sadiq qalmağa sövq edir."

2001-ci ildən bəri kadmiumdan şüurlu şəkildə imtina

Bir vaxtlar kvant nöqtələrinin istehsalında geniş şəkildə istifadə olunan kadmiumum, rəsmi olaraq insan və təbiət üçün təhlükəli, toksik element olduğu təsdiq edilib. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Aİ-nin RoHS direktivi kimi ekoloji qanunvericilik tələblərinin sərtləşdirilməsi fonunda Samsung, sözü gedən qlobal trendlər yer almamışdan çox daha əvvəl təhlükəsiz alternativlərin axtarışına başlayıb.

Şirkət 2001-ci ildən etibarən kadmiumsuz kvant nöqtələrinin istehsalı sahəsində tədqiqatlara start verib. Belə ki, 2014-cü ildə Samsung mühəndisləri dünyada ilk dəfə kadmiumsuz kvant nöqtəsi materialını təqdim edib, 2015-ci ildən isə bu texnologiya televizorların istehsalında tətbiq olunmağa başlanıb.

Və elə həmin ildən başlayaraq, Samsung, ekoloji cəhətdən təmiz displey texnologiyaları sahəsində liderliyini möhkəmləndirməkdə davam edir. Hazırda şirkətin zərərli maddələrdən azad kvant nöqtələrinin istehsal olunması və tətbiqi ilə bağlı təxminən 150 patenti mövcuddur.

SGS: Təhlükəsiz və effektiv texnologiya

Cenevrə yerləşən və sertifikatlaşdırma əsasında keyfiyyətə nəzarət sahəsində ixtisaslaşan SGS institutu Samsung displeylərini hərtərəfli yoxlamadan keçirib. Təhlil nəticələri bir daha sübut edib ki, şirkətin istehsal etdiyi televizorlarında istifadə edilən kvant nöqtələri, beynəlxalq təhlükəsizlik standartlarına tam şəkildə cavab verir və kadmium tərkibli deyil.

Samsung-un bu sertifikata layiq görülməsi, uzun illər apardığı araşdırmaların, texnoloji innovasiyaların və dayanıqlı, ətraf mühitə dost həllərə yatırdığı böyük sərmayələrin nəticəsidir.

Sənayə üçün yeni standart

Müasir Samsung televizorları — o cümlədən Neo QLED 8KQLED 4K kimi flaqman modellər də yeni nəsil kvant nöqtəsi texnologiyası əsasında hazırlanır. Bu cihazlar parlaq və dolğun təsvir, yüksək kontrast və dəqiq rəng ötürülməsi təqdim etməklə yanaşı, həm də ekoloji cəhətdən təhlükəsizdir.

Davamlı texnologiyalara artan tələbat fonunda Samsung, məsuliyyətli yanaşma nümunəsini nümayiş etdirərək, sübut edir ki, innovasiya və ekoloji təhlükəsizlik mütləq yanaşı addımlamalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 May 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri