Icma.az
close
up
RU
“Samsunspor”un prezidenti “Fənər”ə “ilişdi”

“Samsunspor”un prezidenti “Fənər”ə “ilişdi”

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Heç şübhəsiz, Türkiyə çempionatında geridə qoyduğumuz mövsümün ən diqqətçəkən klublarından biri “Samsunspor” oldu.

"Football-plus.az" xəbər verir ki, bu klub cəmi iki il əvvəl - 2023-də 11 illik həsrətə son qoyaraq elitaya yüksəlmişdi. Debütant olduğu mövsümü 13-cü yerdə tamamlayan Samsun təmsilçisi geridə qoyduğumuz mövsümü isə 3-cü pillədə bitirərək XXI əsrdə ilk dəfə avrokuboklara vəsiqə qazandı.
“Samsunspor” Avropa səhnəsində sonuncu dəfə 1998-ci ildə oynayıb. Samsunlular mübarizəyə Avropa Liqasında təsnifatın pley-offundan başlayacaq. Bu arada tez-tez qeyri-adi və iddialı açıqlamalarıyla diqqəti çəkən samsunluların prezidenti Yüksəl Yıldırım yenə maraqlı ifadələr işlədib. “HT Spor” kanalına açıqlamalar verən Yıldırım “Fənərbaxça”ya “ilişməyi” də unutmayıb:

“Mövsümə rəng qatdıq. Məncə, bizim bürünc medalları qazanmağımız “Qalatasaray”ın çempionluğundan daha böyük uğurdu. Digər Anadolu klublarına da gözəl örnək olduq. Çünki bizim etdiklərimizi onlar da edə bilər. Baş məşqçimiz Tomas Rays başda olmaqla bütün oyunçularımızı və klubun işçilərini təbrik edirəm. “Fənərbaxça” iki oyunun heç birində bizi məğlub edə bilmədi. Əvəzini məndən çxımağa çalışdılar. Mən burdan “Fənərbaxça” mediasına təşəkkür edirəm. Çünki havayı reklamımı edirlər. Reklamın yaxşısı, pisi olmur. “Fənərbaxça” mediası mənimlə mübarizə apardığı müddətdə daim gündəmdə qalacam! Düzgün yoldayıq. Elitaya yüksələndən sonra cəmi iki il ərzində avrokuboklara vəsiqə qazandıq. Artıq hədəfləri yavaş-yavaş yüksəltməliyik. AL-də ən böyük hədəfimiz əsas mərhələyə yüksəlməkdi. Bunu bacarsaq, çox güclü rəqiblərlə oynayacağıq. Ona görə də heyəti buna uyğun qurmalıyıq. Köməkçilərimlə birlikdə bu işin öhdəsindən gələcəyik. Federasiyanı qınayıram. Çünki “Qalatasaray” və “Fənərbaxça”ya xərclərlə bağlı inanılmaz limitlər verilib. Zatən onların heyəti güclüdü və əllərinin altında önəmli futbolçular var. Üstəlik xərc limiti də yüksəkdi. Bizim borcumuz sıfırdı. Di gəl ki, bizə 1/10 xərc limiti verilib. Fanatlarımız haqlı olaraq bizdən önəmli transferlər gözləyir. Amma biz bu limitlərlə transferləri necə həyata keçirə bilərik?”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 İyun 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri