SANA: Suriya təhlükəsizlik qüvvələri İŞİDin Dəməşqdə məscidə hücumunun qarşısını alıb AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 11 yanvar, AZƏRTAC
Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri Dəməşqin cənubundakı Seyidə Zeynəb məscidində partlayışın qarşısını almaq üçün əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.
Suriya kəşfiyyat xidmətindəki mənbənin verdiyi məlumata görə, terror aktı İŞİD terror təşkilatının silahlıları tərəfindən hazırlanıb.
“Əməliyyat nəticəsində Suriya xalqına qarşı bu böyük vəhşiliyin hazırlanmasında iştirak edən İŞİD üzvləri həbs edilib”, - deyə mənbə vurğulayıb.
SANA agentliyinin saytında terror aktı törətməyə cəhd edən saxlanılan şəxslərin fotoşəkilləri və onlardan müsadirə edilən silah və partlayıcı maddələr yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 11 Yanvar 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















