Şandor Lejak: Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir
Icma.az bildirir, Azertag portalına istinadən.
Naxçıvan, 13 may, AZƏRTAC
Orta məktəb illərində Armin Vamberinin kitablarını oxumuşam. Sehrli, nağıllarla dolu Şərqdə yaşamışam. İndi bu möhtəşəm Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir. Mən burada xalqı, Vətəni Azərbaycan üçün çalışan gözəl insanların arasındayam.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində qonaq olan Macarıstan Milli Assambleyasının sədr müavini, dünyaşöhrətli siyasətçi Şandor Lejak jurnalistlərə müsahibəsində söyləyib.
O qeyd edib ki, Azərbaycanın daha da inkişafı üçün iki əsas məqam var. Birincisi, birgə uğur hissinə sahib olmaq vacibdir. Uğur qazanmaq üçün çox zəhmət çəkmək lazımdır. İkincisi isə, yüksək təhsil, tədris şəraiti olmalıdır. Təcrübə mübadiləsi də vacibdir. Bu məqsədlə macarıstanlı tələbələr Naxçıvana gəldilər, naxçıvanlı tələbələr isə Macarıstana getdilər.
“Bir faktı qeyd etmək istəyirəm. Budapeştdən 120 kilometr aralıda, Lakitelektə Nizami Gəncəvinin büstü var. Mən bir gün həmin yolun kənarı ilə gedərkən büstün yanında insanların təbii güllər qoyduğunu gördüm. Öz-özümə düşündüm ki, görəsən, bu gülləri kim gətirib? Sonradan məlum oldu ki, orada çalışanlar azərbaycanlı gətirib. Bu, sizin öz şəxsiyyətlərinizə, mədəniyyətinizə, ədəbiyyatınıza, tarixinizə olan sevginizi göstərir”, - deyə Şandor Lejak əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 13 May 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















