Icma.az
close
up
RU
Saniyələr içində bitən 213 mənzilin satışı barədə AÇIQLAMA: “Qeyri şəffaflıqdan danışmaq mümkün deyil”

Saniyələr içində bitən 213 mənzilin satışı barədə AÇIQLAMA: “Qeyri şəffaflıqdan danışmaq mümkün deyil”

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Məlum olduğu kimi, aprelin 8-də İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 213 mənzilin satışını həyata keçirib. Satış prosesinin saniyələr içində başa çatması, bir çox vətəndaşların satışdan yararlana bilməmələri narazılıq yaradıb.

İqtisadçı-ekspert Xalid Kərimli isə Pravda.az-a açıqlamasında deyib ki, satış prosesi şəffafdır.

“Proses elektron şəkildə həyata keçirilir. Təlabat çox olduğu üçün mənzillər sürətlə satılır. Kim daha çevikdirsə, irəli düşür. Bu, ən ədalətli metoddur. Kimsə özünə İT mütəxəssisi tapır ki, sürətlə mənzil ala bilsin. Bu da həmin adamın bacarığıdır və qarşısı alınası heç bir məsələ yoxdur. Sonradan almaq şərtilə satışa çıxarılan kirayə mənzillər qətiyyən sosial layihə deyil. Bu mənzillərin qiyməti də kifayət qədər baha olur. Sadəcə, ödəmə şərtləri bir az əlverişlidir, yəni uzunmüddətli kreditdir. Buna görə də vətəndaşların marağını cəlb edir. Əhalinin ilkin ödənişi toplamaqda, ipoteka krediti almaqda çətinlik çəkən qisminin tələbatına uyğundur. İpoteka və Kredit Zəmanət Fondu bazara bundan sonra davamlı mənzillər çıxaracaq. Qeyri-şəffaflıqdan danışmaq mümkün deyil. Çünki proses şəffaf rəqəmsal mühitdə gedir. O vaxt qeyri-şəffaflıqdan danışmaq olar ki, məmurla əlaqən olsun və s. Bir sözlə, tələbat çoxdur, bazara çıxarılan təklif az olduğuna görə mənzillər sürətlə satılır. Bundan yaxşı başqa necə olsun? Belə olmaldır. Sosial layihə olsaydı, qruplar arasında seçim edərdik. Bu isə adi bazar prosesidir” - X.Kərimli bildirib.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://pravda.az
archiveBu xəbər 09 Aprel 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see141

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see137

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see135

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see129

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see126

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see122

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see119

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see117

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see115

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see115

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see115

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see110

Ukrayna “Patriot”un analoqunun hazırlanması üzərində işləyir

12 Aprel 2025 06:23see110

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see108

125 il yaşayan kişi sirrini açdı

12 Aprel 2025 11:46see107

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri