Icma.az
close
up
RU
Sanki bu insanları başqa planetdən gələnlər öldürüb

Sanki bu insanları başqa planetdən gələnlər öldürüb

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Azad edilmiş ərazilərdə aparılan araşdırmalar müharibə dövründə törədilmiş ağır cinayətlərin miqyasını daha aydın ortaya qoyur. Aşkarlanan faktlar itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, bəzi məlumatların hələ də gizli saxlanılması prosesi çətinləşdirir. Beynəlxalq hüquq çərçivəsində bu məsələlərin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Mövcud vəziyyət həqiqətlərin tam üzə çıxarılması zərurətini bir daha gündəmə gətirir.
Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Demokrat.az-a bildirib ki, biz Ermənistandan fərqli bir münasibət gözləmirik:
“Çünki Ermənistan işğal dövründə və müharibə zamanı misli görünməmiş vəhşiliklər törədib, ən ağır faciələri bizim vətəndaşlara yaşadıb. Buna görə də kütləvi məzarlıqlar tədricən üzə çıxır. Ermənistan isə həyata keçirdiyi bu cinayətlərin heç birinə görə məsuliyyət götürmək istəmir. Sanki bu insanları başqa planetdən gələnlər öldürüb və işgəncə verib gediblər.
Ermənistan sülh prosesində açıq şəkildə riyakarlıq nümayiş etdirir. Onun səmimiyyəti ciddi şübhə doğurur. Görünür ki, yenidən xarici qüvvələrin dəstəyinə ehtiyac duyur, onlarla əməkdaşlıq edir və sülh prosesini pozmağa çalışır. Xüsusilə qarşıdan gələn parlament seçkiləri ilə bağlı vəziyyət diqqət çəkir. İyunun 7-də keçiriləcək seçkilərdə guya Azərbaycanla münasibətləri normallaşdırmağa çalışan Nikol Paşinyan hakimiyyətinin məğlub edilməsi məqsədi güdülür".
Politoloq deyib ki,  ABŞ-da, Avropada və Rusiyada fəaliyyət göstərən erməni diaspor təşkilatları faktiki olaraq eyni mövqedən çıxış edir:
"Onlar Paşinyan hakimiyyətini devirmək, seçkilərdə qalib gəlmək və idarəetmə rıçaqlarını ələ keçirmək niyyətindədirlər.
Bu yanaşma bir neçə məqamı ortaya qoyur. İlk növbədə aydın olur ki, onlar sülh tərəfdarı deyillər. Sülhdən danışmaları hələ bu ideyaya sadiq olduqları anlamına gəlmir. Əksinə, bölgədə yenidən gərginlik yaratmağa, Azərbaycanla qarşıdurmanı bərpa etməyə çalışırlar. Buna görə də onların fəaliyyətində yalan, riyakarlıq və saxtakarlıq açıq görünür.
Ehtimal etmək olar ki, bizim vətəndaşların basdırıldığı yerlərin xəritələri də onların əlindədir. Bu dislokasiyaları dəqiq bilirlər, lakin təqdim etmirlər. Hesab edirlər ki, bu faktlar gizli qalacaq. Halbuki məzarlıqlar aşkarlandıqca törədilmiş cinayətlərin miqyası daha aydın görünür və getdikcə böyüyür.
Məhz buna görə onlar bu prosesdən çəkinir və qorxurlar. Bununla belə, hesab edirəm ki, istintaq, ədliyyə və prokurorluq orqanları bütün bu faktları qeydiyyata almalı, müvafiq reyestrlər tərtib etməli və beynəlxalq məhkəmələrə müraciət etməlidirlər. Əks halda, bu cür cinayətlər cəzasız qala bilər.
Düzdür, hazırda vəziyyət köklü şəkildə dəyişib və müharibənin qalibi Azərbaycandır. Bundan sonra Ermənistanın eyni vəhşilikləri təkrar etməsinə imkan verilməyəcək. Bununla belə, hazırlıq daim yüksək səviyyədə olmalıdır. Aydın görünür ki, Ermənistan səmimi davranmır, müxtəlif vasitələrlə beynəlxalq ictimai rəyi yanlış istiqamətə yönləndirməyə çalışır. Lakin bu cəhdlər nəticə verməyəcək. Azərbaycan artıq informasiya müstəvisində də mövqelərini gücləndirib və dünya ictimaiyyətini baş verənlər barədə dolğun şəkildə məlumatlandırır. Beləliklə, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin mahiyyəti və miqyası beynəlxalq aləmdə daha aydın şəkildə anlaşılır",- deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 May 2026 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri