Icma.az
close
up
RU
Sanki çiynimizdən yük atdıq Samir Abasov

Sanki çiynimizdən yük atdıq Samir Abasov

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

"Neftçi" Misli premyer-liqasının 5-ci tur matçında "Sumqayıt"ın meydanından qalib ayrıldı - 2:0.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərinin suallarını cavabladı.
- Futbolçularıma yaxşı oyuna görə həddindən artıq təşəkkür edirəm. Bundan əvvəl “Sabah” və “Turan Tovuz”a qarşı da yaxşı oynamışdıq. Bu gün meydanda qalib gəlmək istəyən komanda gördük. Bu da səbəbsiz deyil. Özünüz bilirsiz ki, “Neftçi” hansı səviyyədə olan komandadı. Heç-heçə belə, bu kollektiv üçün uğursuz nəticə sayılır. Yeni komanda olsaq da, reallıq budu. Əvvəl də belə olub, mənim dövrümdə də, bundan sonra da. Reallıq komandanın göstərdiyi oyundu. İlk turlardan gözləntiləri qarşılamadıq... Çempionlar Liqasında “Qalatasaray” 1:5 “Ayntraxt”a uduzdu. Maraqlı gəldi ki, baş məşqçi nə deyəcək? Okan Buruk nəyin üzərində dayandı? Baş məşqçi mətbuat konfransında nəsə danışırsa, dərhal reaksiya vermək, yazmaq normaldı. Amma siz bizim yanımızda deyilsiz, prosesləri bilmirsiz. Qısası, sizlik deyil... Hərdən çox şeyi demirik. Okan Buruk vurğuladığı məsələlərdən biri o idi ki, oyuna 4 futbolçu ilə çıxmışdıq. İlkay Gündoğan top səviyyədə oyunçudu. Biz də yeni komandayıq. Bilirik ki, kimlərsə nəsə deyəcək. Xal itirirsən, təzyiq gəlir. Səni, “Neftçi”ni istəməyənlər... Hamıdan təzyiq gəlir. Futbolçular da bunu görür. Amma onları bu durumdan çıxarmaq, qələbəyə kökləmək tək mənim işim deyil. Bunun arxasında duran rəhbərlikdi. Onlar mənim arxamdadı, bu vaxta qədər görmədiyim bir şeydi. Qalibiyyət üçün nə lazımdısaz hətta artığını edirlər. Bizi ayaqda saxlayan, bu cür oynamağa təkan verən rəhbərliyimizdi. Qələbəni şəxsən mən komandamın adından rəhbərliyə həsr edirəm. Var olsunlar.
- Əvəzetmələr həlledici oldu. Öncədən planlaşdırılmış əvəzetmələr idi, yoxsa hadisələrin axarına uyğun verilən qərarlar oldu?
- Hansısa məşqçi "bu futbolçunu öncədən düşünərək meydana buraxdım" deyirsə, yalandı. Hardan bilək ki, o qol vuracaq?
- Ağadadaş Salyanskini növbəti matçlarda da şans ala bilər?
- Hamı şans qazanacaq. Uzun müddət oynamayanlar da oynayacaq.
- Bəzən deyirlər ki, belə komandalara bir qalibiyyət çox kömək edir. Növbəti oyunlarda bu qələbə nə dərəcədə əhəmiyyəti olacaq?
- Dəhşətli dərəcədə əhəmiyyətlidi. Bu gün biz o qədər xoşbəxtik ki, sanki çiynimizdən yük atdıq. Buna çox ehtiyacımız var idi. Qol vurmurduq, son anlarda ötürmələr alınmırdı. Penalti epizoduna da qayıtmaq lazımdı. Orda penalti gördük. Heç-heçə də ola bilərdi. Dəfələrlə dediyim bir şey var. Biz rəqibə epizod vermirik. Neçə oyundu ki, belədi. Keçən ilki vəziyyəti müqayisə edirsən, hər epizodda qapımıza qol vurulurdu... Futbolçular bunu düzəldə bilib. Yeni oyunçularla, daha kollektiv şəkildə oynayırıq, ürəklərini meydanda qoyurlar. Bu da nəticəsidi. Bunların sonunda hamısını nəticəyə çevirsək, həqiqətən, yaxşı komandayıq.
- Okan Buruk 1:5 hesabıyla uduzduqdan sonra söz verdi ki, ən azından pley-offa düşəcəyik. Siz bu qələbədən sonra azarkeşlərə nə söz verirsiz?
- Bu dəqiqə heç nə söz verməyəcəm. Biz hər oyuna qələbə üçün çıxacağıq. Sözüm bu olacaq.
- İkinci qoldan sonra emosiyanızı gördüm. Sanki 4 turdan sonra qalan emosiyanın partlayışı idi. Sessi Almeydanın penalti epizodu haqda fikriniz necədi? Xal itirmiş olsaydınız, o epizodlar bağlı nə deyəcəkdiz?
- Bir komandanın üzərində həddindən çox bu cür, əleyhinə olan epizodlar varsa, adamın özündə də şübhə yaranır. Mən də fikirləşirəm ki, penaltidi. Əminəm ki, nəticədə çoxunun rəyi o olacaq ki, penalti deyil. Bu, “Neftçi”di, ona görə belə olacaq. Hər oyunda bəlkə də oyunun nəticəsinə təsir edən epizodlar var. Hamısından şikayət edə bilərik. Bəlkə də, udmuşuq deyə, sakitik. Bir az diqqətli olmaq lazımdı. Oyun pis axara gəlib çıxırdı. Epizodları vura bilmirdik. Bəlkə də penaltiyə ehtiyacımız olardı ki, vuraq və qalib gələk. Bunu da əlimizdən alırlarsa, əlbəttə, səs-küy qaldırmalıyıq. Komandamızın adından xahiş edirəm ki, bizim oyunlarda diqqətli olsunlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Sentyabr 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see466

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see271

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see266

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see262

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see254

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see253

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see250

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see246

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see241

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see234

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see232

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see232

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see228

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see220

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see216

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see206

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see205

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see198

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see196

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri