Icma.az
close
up
RU
“Bütün futbolçular sanki, birinci dəfə futbola gəlmiş kimi idilər” Samir Abasov

“Bütün futbolçular sanki, birinci dəfə futbola gəlmiş kimi idilər” Samir Abasov

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Premyer-liqanın 17-ci turunda “Neftçi” "doğma divarlar arasında" “Kəpəz”i məğlub edib.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Futbolçularıma təşəkkür edirəm. Nəticədən razı qaldım. Oyun haqqında çox danışmaq istəmirəm. Bugünkü gündə bizə nəticə lazımdı. Futbolçular mübarizə apardılar. İşimizə davam edəcəyik. Bu nəticəyə ehtiyacımız var idi. Məğlubiyyətlər və heç-heçələr fonunda bu qələbəni qazana bildik. Bu stresin altında bu nəticəni qazandıq. Futbolçularım lazım olan anda mübarizəyə də girdilər.
- Baş məşqçi olaraq “Neftçi”ni dirçəltməyə çalışırsız. Ramil Şeydayevi meydana buraxmaqla, öz əziyyətinizi yerə vurduğunuzu düşünmürsüz?
- Boqomolski yaxşı başlamışdı oyuna. Pis də deyildi. Rəqib müdafiəçiləri də nəzərə almışdıq. Seçim düzgün idi. Birinci hissədə rəqibin müdafiəçilərini təzyiqdə saxlaya bilirdi. Zədələndi və əvəzetmə istədi. Bunlar hamısı bizim oyunçulardı. Futbolçularla işləyirik, yaxşı kondisiyaya gətirmək istəyirik. Reallığı bilmək istəsəz, ”Neftçi”də oynayan futbolçular bu təzyiqi də aşmalıdılar. Əfsuslar olsun ki, psixoloji durumumuz pisdi və hər futbolçu üzərində yük hiss edir. Bunu qələbə ilə üzərimizdən ata bilərik.
- Ciddi itkiləriniz var idi. Məcburiyyətdən buraxmışdız bu heyəti? Dəyişikliklərdən sonrakı oyununuzu necə şərh edərdiz?
- Birinci gündən, bura ayaq basandan zədələr çoxdu. İlk məşqdən sonra üç nəfər zədələndi. Xroniki zədələr üzə çıxır. Birinci oyundan sonra 2-3 nəfər də sıradan çıxdı. Bu proseslər yaşanırdı. Bu da balanslı şəkildə oyuna hazırlaşmağa maneçilik törədir. Bu gün 6 nəfər zədəlimiz var idi. Çoxu da yerli oyunçulardı. Paltardəyişmə otağından çıxanda, bir şeyə fokuslanıb çıxırıq. Oyunun gedişatında nələrsə dəyişir. Rəqib bəzi anlarda üstünlüyü ələ alır. Onda problemlər yaşamağa başlayırıq. İkinci hissədə rəqibin uduza-uduza epizod yaratmağı normaldı. Görünən o idi ki, bütün futbolçular sanki birinci dəfə futbola gəlmiş kimi idilər. Qərarları deyirəm. Bunları da anlayıram. Söz vermək istəmirəm. Bir oyunumuz qalıb. Dincəlməyə vaxtımız olar. Ümid edirəm fasilədən sonra nəticələrimizi yaxşılaşdıra bilərik.
RÖYANƏ OĞUZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Dekabr 2024 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri