Icma.az
close
up
RU
“Sanki danışmırlar, doğurlar, gücənirlər” Alqış Həsənoğlundan bəzi YAP çılara sərt ittiham

“Sanki danışmırlar, doğurlar, gücənirlər” Alqış Həsənoğlundan bəzi YAP çılara sərt ittiham

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Mən başa düşürəm. Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olub. Konyukturanın öz şərtləri, idarəçiliyin normativləri var. Yuxarıdan gələn direktivlərə riayət olunmalıdır və sair. Hamı durub aparat rəhhəbri ilə savaş açamlı deyildi ki”.

“Yeni Sabah” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, keçmiş deputat Alqış Həsənoğlu bildirib.

Onun fikrincə, komanda daxilində konfrantasiya yaratmağa əlavə cəbhə açmağa lüzum da yoxdu:

“Hamının, o cümlədən sirsifətindən qaramat, xainlik yağan Mehdiyevin də ad gününü, yubileyini təbrik etmək olar. Onun haqqında tərif deyənləri linç etməyin tərəfdarı da deyiləm. Amma hər şeyin bir həddi var axı...Mehdiyev haqında təbrik videoları yayılır. Baxıram, sanki danışmırlar. Doğurlar. Gücənirlər ki, nəsə fövqəladə bir ifadə tapıb Mehdiyevin şəninə yaraşdırsınlar. Özü də danışanlar sıradan biriləri deyil. Kifayət qədər ciddi status sahibləridirlər. Mehdiyevə “siyasətin akademiki” deyirlər. Mehdiyevə “siyasətin akademiki” deyənlər bəs Heydər Əliyevin Azərbaycan tarixindəki və siyasətindəki yerini harda görürlər.? Mehdiyevi “dərin dövlət” adamı adlandırırlar”.

A.Həsənoğlu söyləyib ki, bu birbaşa istintaq üçün əvəzsiz materialdır, dərin dövlət paralel idarəçilik deməkdir: “Onda adamdan sörüşarlar ki, buyur gəl danış paralel strukturları dərinliy barədə nə bilirsən? Əcaib, həm də qorxulu bir mənzərə yaranır. Axı bu adamlar guya bizim elitamızı təmsil edirlər. Mənim heç şübhəm qalmayıb ki, Mehdiyev fərqli bir dinin daşıyıcısı olsaydı, bu adamlar ona xoş gəlsin deyə dini inanclarını da dəyişərdilər...”.

Qeyd edək ki, Alqış Həsənoğlunun bəhs etdiyi film Prezident Administrasiyasının keçmiş rəhbəri akademik Ramiz Mehdiyev barədə çəkilib.

Filimdə Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədri Azər Əmiraslanov, Azərbaycan Dillər Universitenin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla, AMEA-nın prezidenti İsa Həbibbəyli, Milli Məclisin səhiyyə komitəsinin sədri,  akademik Əhliman Əmiraslanov, Baş nazirin sabiq birinci müavini Abbas Abbasov, Bakı Slavyan Universitetinin keçmiş rektoru Nurlana Əliyeva, Milli Məclisin keçmiş deputat Gültəkin Hacıbəyli (sonuncu üç nəfər vəzifədə olan dövrdə) və başqaları danışıb. Onlar R.Mehdiyev haqqında yüksək fikirlər səsləndiriblər.

Xatırladaq ki, oktyabrın 14-də Bakı şəhəri Səbail Rayon Məhkəməsi R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş R.Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

R.Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. O, YAP Veteranlar Şurasının üzvüdür.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Dekabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri