Icma.az
close
up
RU
Sanksiya oyununun növbəti PƏRDƏSİ Qərb Ermənistanın milyardlar qazanmasına yenə GÖZ YUMUR...

Sanksiya oyununun növbəti PƏRDƏSİ Qərb Ermənistanın milyardlar qazanmasına yenə GÖZ YUMUR...

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan hələ də Rusiyaya Qərb sanksiyalarından yan keçməkdə kömək etməkdə davam edir. Onun bu addımı embarqoya məruz qalan ticarətin müxtəlif sahələrini əhatə edir. Son məlumatlara görə, Ermənistan şirkətləri Rusiyaya qızıl ticarəti sahəsində də Qərb sanksiyalarından yan keçməyə kömək edir.
“The Insider” və “Hetq” nəşrləri geniş jurnalist araşdırması nəticəsində bu qənaətə gəliblər.
Qeyd olunur ki, bu şirkətlərin arxasında ölkənin nüfuzlu siyasətçiləri və iş adamları dayanır. Məlumata görə, 2022-ci ildən Ermənistana milyardlarla dollar dəyərində qızıl idxal edilir. Lakin qızıl ölkədə qalmır, BƏƏ-ə ixrac edilir. Eyni zamanda, BƏƏ-dən Ermənistana ehtimal ki, nağd pul və qiymətli kağızlar axını gedir. Bildirildiyinə görə, Rusiya biznesinin qızıl ticarətini Ermənistan vasitəsilə aparması sərfəlidir, çünki ölkədə qızıla ixrac rüsumu tətbiq edilmir və fiziki şəxslər vasitəsilə ticarət, sanksiyalardan yan keçməyə imkan verir.
Bir sözlə, Ermənistan şirkətləri Rusiyanın qızıl ticarətinə sanksiyalardan yayınmasına da yardım edir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Ermənistan ikili oyununa görə, nəhayət cəzalandırılacağına ümid edir:
“Bu ciddi araşdırılmalı bir məsələdir. Həmin məsələ beynəlxalq təşkilatların diqqətindədirsə, yəqin ki, yoxlayıb qiymət verəcəklər. Ümid edirəm ki, bu dəfə Ermənistana ikili standartlar tətbiq olunmaz. Belə faktlar varsa, onlar araşdırılmalı və hər hansı bir şəkildə İrəvanın ikili oyun oynamasını qiymətləndirməlidirlər. Ermənistan həmişə belə dolayı yollardan istifadə edib. Buna rəğmən hələ də onu ifşa etmirlər. Bəlkə bu dəfə məsələni daha şəffaf şəkildə araşdırıb lazımi qiymət veriləcək”.
Ermənistan bu yolla milyardlar qazanır...
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Qərbin Ermənistana münasibətdə hansısa bir ciddi tədbir görəcəyini gözləmir:
Sanksiyaya məruz qalan və müdafiə sənayesi üçün vacib olan müxtəlif detalların Ermənistan vasitəsilə Rusiya axması təsadüfi deyil. Verilən məlumatlara görə Ermənistan bu yolla son illər 16 milyard dollara yaxın vəsait əldə edib. Bu o deməkdir ki, Ermənistan daxili ehtiyaclarını ödəyəndən sonra, həmin 16 milyardın azı üçdə birini silahlanmaya sərf edib. Ermənistanın bu oyununu Qərb də yaxşı bilir. Araşdırmalar nəticəsində bəlli oldu ki, Ermənistanla Rusiya qızıl ticarətindən də külli miqdarda vəsait əldə edirlər”.
Həmsöhbətimiz deyir ki, Ermənistan özünü arxayın aparır:
“Çünki Rusiyaya sanksiya tətbiq edən ölkələr, xüsusən də Fransa Ermənstanın yanındadır. Bu mənada Ermənistana qarşı Qərb hansısa ciddi tədbir görüləcəyini gözləmirəm. Əksinə, İrəvana imkan yaradacaqlar ki, bu və ya digər yollarla sanksiyalardan yayınmaqla, Rusiya ilə qurduğu ticari münasibətlərdən daha çox vəsait əldə edib, özünün hərbi potensialını artırsın. Bu isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına maneə olan ciddi addımlardan biridir”.
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Noyabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri