Sanksiyalara baxmayaraq, sərvətini artıranlar Forbes in yeni siyahısında onlar da var
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Ukraynada müharibəyə görə tətbiq edilən beynəlxalq sanksiyalar Rusiya iş adamlarının sərvətini artırmasına mane olmayıb.
Globalinfo.az xəbər verir ki, “Forbes” jurnalının məlumatına görə, 2024-cü ildə Rusiyada dollar milyarderlərinin sayı 125-dən 146-ya yüksəlib.
Bu, dünya üzrə ən varlı biznesmenlərin reytinqinin tarixi ərzində ən yüksək göstəricidir. Siyahıya ilk dəfə 15 rusiyalı daxil olub, daha 10 nəfər isə yenidən reytinqə qayıdıb. Cəmi dörd nəfər siyahıdan çıxıb.
Rusiyalı milyarderlərin ümumi sərvəti də rekord həddə çatıb – 625,5 milyard dollar. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 576,8 milyard dollar olub. Bundan əvvəlki rekord isə 2021-ci ildə, Ukraynaya müdaxilədən öncə qeydə alınmışdı və 606,2 milyard dollar təşkil edirdi.
Rusiya milyarderlərinin ilk beşliyinə “Lukoil”un qurucusu Vahid Ələkbərov, “Severstal”ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov, “Novatek”in rəhbəri Leonid Mixelson, “Novolipeçski Metallurgiya Kombinatı”nın əsas səhmdarı Vladimir Lisin və “Norilsk Nikel” və “Interros”un prezidenti Vladimir Potanin daxildir.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 01 Aprel 2025 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















