Icma.az
close
up
RU
Sanksiyalı Matviyenkonun təyyarəsi İtaliya və Fransa hava məkanından necə keçdi?

Sanksiyalı Matviyenkonun təyyarəsi İtaliya və Fransa hava məkanından necə keçdi?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqının sanksiya tətbiq etdiyi Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Cenevrədə keçirilən konfransa qatılmaq üçün hökumət təyyarəsi ilə Avropa hava məkanından keçib.

Globalinfo.az bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin yazdığına görə, Matviyenko Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qoşun yeritməsi və Moskvanın qismən işğal etdiyi dörd Ukrayna regionunun ilhaqı barədə qərarının Federasiya Şurasında təsdiqlənməsinə nəzarət edib.

Uçuş izləmə xidmətlərinin məlumatına əsasən, Matviyenkonun olduğu təyyarə Türkiyə və Aralıq dənizi üzərindən keçərək İtaliya hava məkanına daxil olub və bazar ertəsi Cenevrəyə çatıb.

O, Fransanın və İtaliyanın hava məkanından keçərək Moskvaya qayıdıb.

“Bloomberg”in Romadakı mənbələrinin bildirdiyinə görə, İtaliya Matviyenko-nun təyyarəsinə hava məkanına daxil olmağa İsveçrə hökumətinin ricası ilə icazə verib. Həmçinin, İtaliya bu qərarı verməzdən əvvəl Fransadakı tərəfdaşları ilə məsləhətləşib.

İsveçrə Xarici İşlər Nazirliyi Bloombergin sorğusuna cavab olaraq bildirib ki, humanitar, tibbi və ya diplomatik məqsədlərlə həyata keçirilən uçuşlar üçün istisnalar edilə bilər.

Avropa İttifaqı 2022-ci ilin fevralında müharibənin başlanmasından bir neçə gün sonra Rusiya təyyarələrinin Aİ hava məkanında uçuşunu qadağan edib və üzv dövlətlərə belə təyyarələrə eniş, qalxış və tranzit uçuş icazələrinin verilməməsi göstərişi verib. İsveçrə Aİ üzvü olmasa da, bir sıra Avropa sanksiyalarına qismən qoşulub.

Matviyenko-nun Cenevrədə keçirilən Parlament Sədrlərinin Ümumdünya Konfransında iştirakı Ukrayna və onun müttəfiqlərinin tənqidinə səbəb olub. Onun çıxışı zamanı bəzi nümayəndə heyətləri zalı tərk edib. Matviyenko bu etirazları “heç kimin fikir vermədiyi ağcaqanad sancmalarına” bənzədib.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 İyul 2025 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri