Icma.az
close
up
RU
Sankt Peterburqda anbarda yanğın başlayıb

Sankt Peterburqda anbarda yanğın başlayıb

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sankt-Peterburqun cənub-şərqində yerləşən Puşkin rayonunda avqustun 23-nə keçən gecə anbar binasında güclü yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Rusiyanın şəhər üzrə Fövqəladə Hallar Nazirliyinin idarəsi məlumat yayıb.

Bina Kolpinskoye şossesi, 135 ünvanında, böyük anbar ərazisində yerləşir. Hazırda yanğının sahəsi 82 min kvadratmetr təşkil edir. İlkin məlumatlara görə, ölçüləri 680 metrə 120 metr olan anbarda müxtəlif təyinatlı mallar və məhsullar olub. Yanğının əhatə etdiyi ərazi əvvəlcə 22 min kvadratmetr qiymətləndirilib, daha sonra 60 min kvadratmetrədək, ardınca isə 82 min kvadratmetrədək artıb. Yanğının mürəkkəblik dərəcəsi də tədricən ikinci dərəcədən dördüncü dərəcəyədək yüksəldilib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının söndürülməsinə 217 nəfər və 65 texnika cəlb olunub.

“Baza” Telegram kanalı bildirir ki, bina İjorsk sənaye zonasının ərazisində yerləşir. “Astra” Telegram kanalının məlumatına görə, yanğının baş verdiyi yerdən 350 metr məsafədə “Ozon” marketpleysinin anbarı yerləşir. Bununla yanaşı, avqustun 23-nə keçən gecə şəhər hakimiyyəti pilotsuz uçuş aparatı və ya raket təhlükəsi barədə məlumat verməyib. Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Bundan başqa, yanan anbardan 7 kilometrdən az məsafədə ağır maşınqayırma sahəsində fəaliyyət göstərən İjorsk zavodunun obyektləri yerləşir. Müəssisənin saytında qeyd olunduğu kimi, burada, xüsusilə, atom energetikası, metallurgiya və neft-kimya sahələri üçün avadanlıqlar istehsal olunur.

Yanan anbardan 17 və 20 kilometr məsafədə isə Şuşarı və Utkina zavod ərazilərində “Wildberries” marketpleysinin iki anbarı yerləşir.

Qeyd edək ki, iyulun 24-nə keçən gecə Ukrayna dronlarının hücumundan sonra şirkətin nümayəndələri bu logistika mərkəzlərinin fəaliyyətinin “müvəqqəti dayandırıldığını” açıqlamışdılar. İyulun ortalarından etibarən Rusiyada “Wildberries” obyektləri mütəmadi olaraq zərbələrə məruz qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Avqust 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see350

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see341

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see326

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see297

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see296

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see293

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see279

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see278

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see272

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see271

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see253

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see253

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see227

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see224

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see221

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see219

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see218

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see203

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see202

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri