Icma.az
close
up
RU
SanktPeterburqda Heydər Əliyevə həsr olunan sənədli film nümayiş olundu FOTO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

SanktPeterburqda Heydər Əliyevə həsr olunan sənədli film nümayiş olundu FOTO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Baş konsulluğunun təşkilatçılığı ilə ümummilli lider, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım günü tədbiri keçirilib.

AZXEBER.COM xəbər verir ki, ilk olaraq 1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbinin yerləşdiyi Qoroxova küçəsində Ulu Öndərin barelyefi ziyarət edilib və önünə gül dəstələri düzülüb.

Mərasimdə Baş konsulluğun heyəti, Sankt-Peterburq hökumətinin və şəhər administrasiyasının nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Daha sonra Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının "Parlament” mərkəzində Baş konsulluğun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım günü tədbiri keçirilib. Tədbirdə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Yevgeni Kassyura, Sankt-Peterburqun Qanunvericilik Məclisinin deputatları və Leninqrad vilayəti hökumətinin rəsmiləri, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Belarus Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulları, MDB PA Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Rusiya Federasiyası, Qazaxıstan və Tacikistan Respublikasının MDB PA Şurasında səlahiyyətli nümayəndələri, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı doktorantlar və tələbələr iştirak ediblər.

Eyni zamanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, əvəzolunmaz və unikal dəst-xətti ilə seçilən böyük fenomen olduğunu, belə bir dahi şəxsiyyətin azərbaycanlı olmasının Azərbaycan xalqının milli üstünlüyü və bəşəri uğuru olduğunu bildirib.

Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxartdığını, onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu, Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini və ərazi bütövlüyünü qorumağa və bərpa etməyə qadir olduğunu 44 günlük Vətən Müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdiyini Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə çıxışı zamanı qeyd edib.

Daha sonra çıxış edən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Yevgeni Kassyura, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, Türkiyə Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulu Özgün Talu, MDB PA Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov Heydər Əliyevin həyat və fəaliyyəti ərzində Azərbaycan-Rusiya arasında dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafında həyata keçirdiyi misilsiz işlərdən bəhs edərək iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq əlaqələrinin təməlinin hələ zamanında ümummilli lider Heydər Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən qoyulduğunu bildiriblər.  Onun müstəqil Azərbaycan diplomatiyasının banisi olduğunu, Azərbaycanın tərəqqisi, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı yolunda tarixi xidmətlərindən danışıblar.

Həmçinin anım tədbiri çərçivəsində Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belski və Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı müraciət məktubları Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadəyə təqdim olunub.

Sonda TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Liderin ürəyi” ("Сердце Лидера”) sənədli filmi nümayiş etdirilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Dekabr 2024 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri