Santuşa ödənilən təzminata 3 belə kiçik stadion tikmək olardı amma bu gün olanımız yalnız Binə qəsəbəsindəki stadiondur
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Binə qəsəbə stadionu lokasiyasına görə gözdən uzaq, könüldən iraq təsiri bağışlasa da, Azərbaycan futbolunu yaşadan məhz bu məkandır.
Bu stadionda kimlərə rast gəlməzsən. I və II Liqa klublarının, aşağı yaş qruplarının oyunları və məşqləri, aşağı yaş milli komandaların matçları da burada keçirilir. Elə bir vəziyyət yaranıb ki, "iynə atsan, yerə düşməz". Stadionun demək olar boş dəqiqəsi yoxdur.
Səbəbi də aydındır. Ölkədə, xüsusən də paytaxtda futbol infrastrukturu baxımından ciddi sıxıntı var. Komandalar oyun keçirməyə, məşq etməyə yer tapmırlar.
Bu yaxınlarda açıqlandı ki, AFFA milli komandanın baş məşqçisinə müqavilə ilə almalı olduğu təzminatı ödəyib. Rəsmən deyilməsə də, Fernandu Santuşa çatacaq məbləğ təxminən 4 milyon manat civarında olub.
SOCAR-ın balansında xeyli torpaq sahəsinin olduğunu nəzərə alsaq, 4 milyon manata Binə qəsəbəsindəki tipli 3 stadion tikmək olardı. Portuqaliyalı bizdən aldığı pulla ölkəsində yeni biznes qurur, azərbaycanlı uşaqlar isə futbol oynamağa yer tapmır. Belə-belə işlər...
Sportal.az
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 28 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















