Icma.az
close
up
RU
Santuşa verilən pullarla neyləmək olardı? ANALİZ

Santuşa verilən pullarla neyləmək olardı? ANALİZ

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi, təcrübəli portuqaliyalı mütəxəssis Fernandu Santuş istefaya göndərildi. Görünür futbol ictimaiyyətinin və azarkeşlərin davamlı təzyiqindən sonra İslandiya kimi ortabab Avropa komandasına 0-5 hesablı məğlubiyyət AFFA rəhbərliyinin də səbir kasası daşırdı. Təəssüf ki, Santuşun rəhbərliyi dövründə yığmamız bir qələbə də qazana bilmədi - 11 oyundan 9 məğlubiyyət və 2 heç-heçə.

Məyusluq doğuran digər məqam isə müqavilə şərtlərinə əsasən, Santuşa 1,7 milyon avro (təxminən 3,4 milyon manat) məbləğində təzminatın ödənilməsidir. Yayılan məlumatlara görə komandamızdan qovulan məşqçi təzminatın məbləğində güzəştə getmək fikrindən uzaqdır və bunu federasiya rəsmilərinə açıq şəkildə söyləyib. Hər halda bu xəbər tam təsdiqini tapmasa da, ehtimal ki, sonda əsl reallıq da bizə agah olmayacaq.
Bu qədər böyük vəsaitin nəticəsiz xərclənməsi ictimaiyyət arasında haqlı suallar doğurur. Axı bu pullarla ölkə futboluna böyük yatırımlar etmək olardı...

Maraqlıdır, əgər bu məbləğ beş il əvvəl uşaq futbolunun inkişafına yönəldilsəydi, bu gün hansı nəticələr əldə edə bilərdik? Bu barədə qısa analiz aparmağa çalışdıq. 
Uşaq futboluna yatırım imkanları
Mütəxəssislərin hesablamalarına görə, ölkə reallığında bu pulla çoxsaylı inkişaf layihələri həyata keçirmək olardı:
- Uşaq futbol məktəbləri: Orta hesabla bir məktəbin illik saxlanma xərci 300–400 min manat təşkil edir. Bu vəsaitlə 15–20 regional futbol məktəbi tikilib 5 il ərzində maliyyələşdirilə bilərdi.
- İnfrastrukturun qurulması: Bir neçə rayon mərkəzində süni örtüklü mini stadionlar inşa etmək, təxminən 50 məktəbin futbol meydançasını bərpa etmək mümkün idi.
- Məşqçi hazırlığı: Gələcəkdə keyfiyyətli kadr bazasının formalaşmasına zəmin yaratmaq üçün pulun bir hissəsi gənc məşqçilərin UEFA lisenziyaları alması və Avropada təcrübə toplaması üçün istifadə edilə bilərdi.

Bu barədə bir az da geniş söz açaq. Gənc məşqçilərin Avropada təcrübə qazanmaları yalnız UEFA lisenziyaları ilə məhdudlaşmamalıdır. Onlar həmçinin, Avropa ölkələrindəki futbol akademiyalarında təcrübə mübadiləsi proqramlarına qatılaraq, müasir məşq metodlarını və tədris texnologiyalarını öyrənə bilərdilər. Bu da Azərbaycanda futbolun inkişafını sürətləndirərdi.
Uşaq və gənclər liqalarının təşkilindən əlavə, beynəlxalq təcrübə qazanma və başqa ölkələrin futbol akademiyaları ilə qarşılıqlı əməkdaşlıq məsələləri daha geniş şəkildə müzakirə oluna, həyata keçirilə bilərdi.
- Uşaq və gənclər liqaları: U-12, U-14 və U-16 liqalarının təşkili, həmçinin istedadlı uşaqların hər il beynəlxalq təlim-məşq toplanışına göndərilməsi təmin edilə bilərdi. Yalnız milli arenada deyil, həmçinin beynəlxalq turnirlərdə iştirak etmək gənc futbolçuların inkişafı üçün vacibdir. Bu məbləğlə, ən istedadlı uşaqlar hər il Avropanın ən yaxşı akademiyalarına göndərilərək, orada yüksək səviyyəli məşq və təlimlər alardı. Bu, onların başqa ölkələrin futbol məktəbləri ilə qarşılıqlı təcrübə qazanmasını təmin edərdi. Belə təcrübələr uşaqların oyun anlayışını və texnikasını daha erkən yaşda inkişaf etdirərdi.
5–10 ildən sonrakı potensial nəticələr
Əgər bu vəsait 2019-cu ildə uşaq futboluna yatırılmış olsaydı:
- 10 minlərlə uşaq peşəkar futbol sisteminə cəlb edilərdi.
- Bu gün 18–20 yaşlı yeni bir futbolçu nəsli yetişərdi
- Azərbaycan Premyer Liqasında legionerlərin sayı azalar, daha çox yerli gənc oyunçular şans qazanardı.
- Milli komandamız ən azı bir neçə mövqedə öz yetirmələrinə güvənə bilərdi, çox gözəl infrastrukturu, seçim üçün kadr bazası formalaşardı.
Beləliklə, Fernandu Santuşa ödənilən 1,7 milyon avro təzminat yalnız bir müqavilənin nəticəsiz yekunu oldu. Halbuki həmin vəsait uşaq futboluna yönləndirilsəydi, bu gün Azərbaycan futbolu daha sağlam baza üzərində inkişaf edər, gələcək nəsillərə ümid vəd edərdi.
Yeri gəlmişkən, "Qarabağ"ımızın baş məşqçisi, futbolumuzun canlı əfsanəsi Qurban Qurbanov millidən istefaya məcbur ediləndə 2 milyon manat təzminat almalı idi. AFFA həmin pulu verməyə hazır olsa da, Qurban Qurbanov imtina etmişdi ondan. Bəli, bu həmin Qurban Qurbanovdur, İcraiyyə Komitəsində sözlərini qəribçiliyə salınan QURBANOV.

Görünür, bu ölkədə yerlilərin qədri bilinməyəcək, bu vəziyyət çox davam edəcək. Yerli deyəndə, AFFA-nın dost-tanışı olan rusdilli, ingilisdilli kəsimi nəzərdə tutmuruq, işiylə buna haqq edənləri deyirik. Yoxsa harada boş yer olursa, ya əcnəbilər yerləşdirilir, ya da AFFA-nın "özününküləri"...
"Futbolun inkişafına yatırım" anlayışı yalnız bu günün nəticəsi üçün deyil, daha çox sabahın uğurlarının əsasını qoymaqdır. Bu gün uğursuz bir əcnəbi məşqçiyə ödənilən təzminat, əslində, gələcəkdə yüzlərlə uşağın arzularına və minlərlə azarkeşin "ümidinə sərmayə" ola bilərdi.

Elnur Ağayev 

Polşa millisinin üzvü “Sabah”da - RƏSMİ I Liqa klubu adını və loqosunu yeniləyib Emin Mahmudov: “Ayxan Abbasovun millidə qalmasını istəyərəm” Millimiz ilk xalını qazandı - YENİLƏNİB Emin Mahmudov Azərbaycan futbolunun tarixinə keçdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 Sentyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri