Icma.az
close
up
RU
Santuşa Özünüzə niyə hörmət qoymursunuz? deyən jurnalistdən SƏRT SÖZLƏR: Ətək ətək pul tökmək əvəzinə...

Santuşa Özünüzə niyə hörmət qoymursunuz? deyən jurnalistdən SƏRT SÖZLƏR: Ətək ətək pul tökmək əvəzinə...

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AFFA-nın ötən il iyun ayında Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə gətirdiyi Fernandu Santuşla bu gün yollarını ayırdı.

Etiraf edək ki, Santuş gəldiyi gündən heç nəyi ilə yadda qalmadı, sevinmədik...

İslandiya səfərində aldığımız ağır məğlubiyyətdən sonra isə istefasını rəsmiləşdirdi.

Başsız qalan millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq. Bu da təbii ki, müvəqqətidir. Məşqçilər korpusunda isə elə də güclü mütəxəssis yoxdur ki, baş məşqçi vəzifəsini icra eləsin.

Mətbuat konfrasında idman şərhçisi Ceyhun Rzayevin Santuşla maraqlı dialoqunu yəqin xatırlayırsınız. Konfrasda baş məşqçiyə "Özünüzə niyə hörmət qoymursunuz?" sualını vermişdi və bu gün yerinə düşdü. Santuş getdi...

Hamını bir sual düşündürür? Milli komandamız niyə oynaya bilmir? Milyonlarla vəsait ayrılır, baş məşqçilər gətirilir, ancaq nəticə sıfır...

Telejurnalist Ceyhun Rzayev  Sitat.info-ya açıqlamasında bildirdi ki, mütləq yerli məşqçi təyin etmək lazımdır: "Milli komandaya mütləq yerli məşqçi təyin etmək lazımdır. Biz həmişə deyirik ki, bizim futbolçu potensialımız aşağıdır. Bizdə keyfiyyətli, yuxarı səviyyədə futbolçu yoxdur. Əgər yoxdursa, bu futbolçular Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməyəcəklərsə, bunlarda o güc yoxdursa, zəifdirlərsə, xarici məşqçi gəlib nə edəcək? Bu futbolçuları birdən-birə Avropa səviyyəli futbolçuyamı çevirəcək?  Təbii ki, yox. Ona görə də xarciyə ətək-ətək pul tökmək əvəzinə, o pulu problemlərimizə verək . Bu sahədə o qədər problemlərimiz var. İnfrastruktur, stadion, uşaq futbolu... Eyni zamanda həmin vəsaiti məşqçilərin xaricə  göndərilib  təhsil almasına xərcləyə bilərik. Millinin baş məşqçinisə gəlincə, sabah oyundur, buraya kimsə təyin olunmalıdır. Məşqçilər korpusunda  ikii azərbaycanlı var idi.  Onlar da təcrübəsizdir... Bu səbəbdən seçim  Ayxan Abbasov olub. Bu seçimi sorğulmaq lazım deyil, kimsə təyin edilməli idi".

Səid,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sitat.info
archiveBu xəbər 08 Sentyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see154

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri