Icma.az
close
up
RU
Santuşun doğru yolu və ya Estoniyanın altında qalan milli

Santuşun doğru yolu və ya Estoniyanın altında qalan milli

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

CEYHUN ƏLİYEV
Millətlər Liqası qrup mərhələsində son akkorduna yaxınlaşır. Nəzərə alsaq ki, millimiz tarixində heç vaxt pley-off görməyib, Fernandu Santuşdan da bu uğuru gözləmək sadəlövhlük olardı. Startdan öncə boynubükük futbol ictimaiyyəti "bir Estoniyanı qabaqlaya bilərik, buna görə xarici baş məşqçiyə gərək yoxdu" desə də, AFFA rəhbərliyi inadkarlıqla azərbaycanlı mütəxəssislərdən imtina etdi. Bizlərə isə yalnız səhv düşüncədə olduğumuzu arzulamaq qaldı. Bəli, zaman göstərdi ki, futbol ictimaiyyətimiz yanılıbmış. Binəva Estoniya belə bizi altda qoydu. Pis başa düşməyin, turnir cədvəlini nəzərdə tuturam.
Bir xoşagəlməz məsəlimiz var: "Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb". Nə yazıq ki, assosiasiya rəhbərliyi səhvini etiraf edərək, Santuşla sövdələşməyə xitam verənə oxşamır. Bunu indidən söyləyirəm. Hər halda, portuqaliyalının qızarmadan 2027-ci ili nişan verməsi bu əminliyin nida işarəsidi. Billməyənlərə xatırlatma etmək istəyirəm ki, 70 yaşlı mütəxəssis işinə məhz 3 il sonra qiymət verilə biləcəyini dilə gətirdi. Hə, bir də dedi ki, doğru yoldayıq. Ay ağsaqqal, mən 24-cü ildi ki, millimizin yolundan yazıram. Ancaq heç vaxt bu yolun uğurlu olduğunun şahidi olmamışam. Dünən saytımızda Rəşad Qasımovun Santuşun "şirin nağılları"ndan bəhs edilən yazı dərc olunub. Tamamilə razıyam həmkarımla, nağıldı, özü də elə bir tərzdə danışılan nağıl ki, el dili ilə desək, "bişmiş toyuğun gülməyi gəlir". U-17 və U-19 millilərimizin məlum çıxışı isə yaxın perspektivlərin necə də dumanlı olmasının müjdəsini artıqlaması ilə verir.
AFFA rəhbərliyi büdcədə nəzərdə tutulan vəsaiti aşmadıqlarını əllərində bayraq etsə də, bunu müfəssəl cavab hesab etmək olmaz. Çünki büdcədə nəzərdə tutulan vəsaitin böyük hissəsini fərqli istiqamətə yönlədirməklə daha effektiv iş qurmaq olardı. Siz Allah, Arif Əsədovun 3-4 oyunluq baş məşqçiliyi dövründə millimiz pis təsir bağışlaylrdı? "İnsaf da dinin yarısıdı", axı. Bəli, futbolçularımızın keyfiyyəti bərbaddı və hansısa fövqaluğuru heç kim gözləmir. Ancaq yəqin ki, hörmətli oxucu bu sətirlərin müəllifi ilə razılaşar ki, Əsədov Estoniyanı qabaqlayardı.
Bəlkə Santuşun taktiki savadı Arif müəllimdən üstündü? O zaman icazə verin, bir neçə xatırlatma edim. Monqolustanla oyunda qonaqlar 11 nəfərlə müdafiədə oturmuşdu. Əsədovun müdaxilələri 90-cı dəqiqədə bəhrəsini verdi və millimiz 1:0 qalib gəldi. Məhsuldar ötürmənin müəllifi sonradan oyuna daxil olan (!) Toral Bayramov oldu. Bolqarıstanla görüşdə hesabda 0:1 geri düşən millimizdə yenə də məşqçi müdaxiləsi həlledici oldu: oyuna sonradan qoşulan (!) Ceyhun Nuriyevin ötürməsini əvəzetmədən döyüşə atılan (!) Musa Qurbanlı dəqiq zərbəylə tamamladı. Özü də yenə də matçın son dəqiqələrində gələn qol - bu dəfə 87-ci dəqiqədə! Maraqlıdır ki, Qazaxıstanla qarşılaşmada da milli inanılmaz əzmkarlıq göstərdi və 0:2 hesabını 3:2-yə dəyişməyi bacardı. Santuşun hansı müdaxiləsindən sonra milli oyunda dönüş yaratdı? Və heç kəs deməsin ki, portuqaliyalı tanışlıq mərhələsindədi. Milli adaxlanmaq istəyən oğlan deyil, Santuş da nişanlanmağa tələsməyən və oğlanı daha yaxından tanımaq üçün vaxt istəyən qız. 2027-nin sonunda da "azərbaycanlı futbolçular mental dəyişmək istəmədi" deyəcək.
SSRİ yığmasının heyətində gənclər arasında dünya çempionu olmuş həmvətinimiz azərbaycanlı futbolçulara nəyin nə vaxt deyilməli olduğunu da gözəl bildiyini əyani nümayiş etdirmişdi. Hər halda, Bədavi Hüseynovun azərbaycanca danışmadığı üçün kapitanlıqdan məhrum edib, sonra isə İlqar Qurbanovun təbirincə desək, tapşırıqla geriyə çəkilən Arif Əsədov olmamışdı. Əsədovun dövründə penalti zərbəsini yerinə yetirmək üçün topu komanda yoldaşının əlindən zorla qoparan da olmamışdı. Təəssüf ki, Rövşən Nəcəfin rəhbəri olduğu qurum Arifi görməzdən gəldi. Əsədov sadəcə, bir misaldı. Şəxsən mənə görə, 54 yaşlı mütəxəssis bu yükün altına girmək iqtidarında olan tək azərbaycanlı deyil. Sadəcə, son olaraq həmvətənlərimizdən məhz Əsədovu millinin "sükanı arxası"nda görmüşdük və komandanın sərgilədiyi futbol da, əldə olunan nəticələr də mövcud keyfiyyətsiz materialın səviyyəsinə görə, əla idi: 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət.
İnanmaq istərdim ki, AFFA-dakı söz sahibləri "ziyanın yarısından dönmək də xeyirdi" məsəlimizi eşidib. Ancaq bu dəfə eşitməklə kifayətlənməyin, Santuşa Polşa millisi və "Beşiktaş"dakı aqibəti yaşadın. Ümid edirəm, bu cəsarəti özünüzdə tapsanız, bundan sonra sərhəddən kənara boylanmazsınız…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://sport24.az
archiveBu xəbər 18 Noyabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri