Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Öskürəyə nə yaxşı təsir edir?

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə səhiyyə sisteminin inkişafı, tibb və əczaçı kadrların potensialı barədə fikir mübadiləsi aparılıb

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə səhiyyə sisteminin inkişafı, tibb və əczaçı kadrların potensialı barədə fikir mübadiləsi aparılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 aprel, AZƏRTAC

Çinin Sian şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) səhiyyə nazirlərinin VIII iclası keçirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq tədbirdə ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malik olan ölkəmizi səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

İclasda açılış nitqi ilə çıxış edən Çinin Milli Səhiyyə Komissiyasının naziri Ley Hayçao tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, builki iclasda rəqəmsal səhiyyə, ənənəvi təbabət, ilkin səhiyyə xidmətləri və təcili tibbi yardım kimi vacib səhiyyə sahələrində fəaliyyətlərin birgə effektiv əlaqələndirilməsi müzakirə olunacaq.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında ŞƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin VIII iclasının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Nazir 2024-cü ilin iyulun 3-də Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunduğunu xatırladıb: “Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində vurğulayıb ki, Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır”.

Nazirin sözlərinə görə, qlobal səhiyyə son illər pandemiya, iqlim dəyişikliyi kimi amillərin təsiri ilə həm irəliləyişlər, həm də geriləmələr yaşayıb. Eyni zamanda, qlobal böhranlar müsbət dəyişikliklər üçün imkanlar yaradır və onlar tərəqqiyə aparan addımlar kimi qiymətləndirilməlidir: “Böyük ehtimalla səhiyyə sektorunun inkişafı texnoloji tərəqqi, məlumatların təhlili və fərdiləşdirilmiş tibbə keçidin formalaşması ilə müəyyən ediləcək. Dünya səhiyyə işçiləri çatışmazlıqla üzləşdiyi bir zamanda yeni köməkçi – süni intellekt bizim köməyimizə gəlir. Onun ən mühüm töhfələrindən biri xüsusilə ilkin səhiyyə sistemlərini gücləndirməklə, səhiyyə xidmətlərinə çıxışı genişləndirməkdir. Bu texnologiyaların tam inteqrasiyası məqsədilə süni intelektin praktiki imkanlarından səmərəli istifadə etmək üçün qanunvericilik bazasının hazırlanması zəruridir. Rəqəmsal alətlərin çox böyük faydaları olsa da, onlar insan amilini əvəz etməməli, tibb işçilərinə birbaşa xəstə baxışına daha çox vaxt sərf etməyə imkan verən dəstəkləyici vasitələr olmalıdır.

Səhiyyə sistemlərinin digər əsas aspekti davamlılıqdır. Ətraf mühitə təsiri minimuma endirmək, enerji istehlakını azaltmaq və davamlılığı təşviq etmək üçün biz “yaşıl xəstəxana”ların sayını artırmalı və səhiyyə müəssisələrində enerji səmərəliliyinə sərmayə qoymalıyıq. Səhiyyə sektoruna yatırımlar ümumi gələcəyə qoyulan investisiyalardır”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.

Təşkilata üzv ölkələrin səhiyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri öz çıxışlarında ŞƏT-ə üzv ölkələr arasında səhiyyə sahəsində əməkdaşlığın əsas istiqamətləri barədə məlumat veriblər. Həmçinin, regionun bütün ölkələrinin bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə fəal dəstək verdiyi vurğulanıb.

Sonda görüş iştirakçıları ŞƏT-ə üzv dövlətlərdə səhiyyə sisteminin inkişafı, bu sahədə beynəlxalq təşkilatların rolu, tibb və əczaçılıq kadrlarının potensialının artırılması, o cümlədən ilkin səhiyyə, rəqəmsal səhiyyə və xalq təbabəti sahəsində ölkələr arasında əməkdaşlıq perspektivləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see226

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see152

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see144

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see140

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri