Saqqız qədim insanların sirrini açdı Detallar
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Alimlər 6000 il əvvəl çeynənmiş huş ağacı saqqızında qədim insanların sirrlərini aşkar ediblər. Bu maddə həm yapışqan, həm də çeynəmək üçün istifadə olunub.
News24.az xəbər verir ki, tədqiqat zamanı saqqız parçalarından insan DNT-si tapılıb. Nəticələr göstərib ki, daş alətləri kişilər hazırlayır, qabları isə qadınlar bərpa edirmiş. Bu, evdaxili iş bölgüsünün ilk sübutlarından biridir.
Saqqızın içində həmçinin buğda, arpa, fındıq və meşə bitkilərinin izləri aşkarlanıb – qədim insanların qidalanma vərdişlərini ortaya qoyur. Tüpürcək izləri isə onların ağız sağlamlığı barədə məlumat verir və o dövrün mikroblarının bu günkü insan ağız florasına çox bənzədiyi üzə çıxıb.
Beləliklə, min illər əvvəl çeynənmiş bu kiçik saqqız, tarix öncəsi insanların gündəlik həyatını, qidalanmasını və əmək bölgüsünü bizə göstərir.
Xeyrənsə Piriyeva
Baxış sayı:135
Bu xəbər 21 Oktyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















