Sarayda dəhşətli ailə faciəsi: oğul anasına 11 bıçaq vurub
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Abşeron rayonunun Saray qəsəbəsində ağır ailə münaqişəsi baş verib.
Reyting.az xəbər verir ki, hadisə barədə DenMedia.az-a şahidlər məlumat veriblər.
Məlumata görə, 1981-ci il təvəllüdlü Cavadova Vüsalə Qurban qızı bıçaqlanıb. Hadisə barədə məlumat daxil olan kimi polis əməkdaşları əraziyə cəlb olunub.
Aparılan ilkin araşdırma zamanı qadının öz oğlu tərəfindən bıçaqlandığı müəyyən edilib. Qadına 11 bıçaq zərbəsi vurulub. Yaralı qadın təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və həkimlər tərəfindən əməliyyata alınıb. Onun vəziyyətinin ciddi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri və təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən müəyyən ediləcək.
Baxış sayı:68
Bu xəbər 20 Noyabr 2025 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















